Background Image
Previous Page  25 / 324 Next Page
Information
Show Menu
Previous Page 25 / 324 Next Page
Page Background

21

xeyir gətirməyəcəkdir və ədalətsiz qəddarlıq qubalıları daha da hiddətləndirə

bilər”. Yalnız “silahla müdafiə olunan” düşmənlərin cəzalandırılması, “və on-

larla müharibənin qanunları üzrə rəftar edilməsi” əmri verilmişdi”. (47)

Lakin, belə görünürdü ki, qubalıların çoxunun heç də əfv barədə

xahiş etmək fikri yox idi və bu, general Tormasovu xüsusilə əsəbiləşdirirdi:

“Qubalıların açıq-aydın inadkarlığı... düşüncəsizlik deyil, iğtişaşçı ruhu ... elə

həddə çatmışdı ki, onlar 4 il ərzində heç vaxt yelbeyin Şeyxəli ilə açıq və gizli

əlaqələrdə olmaqdan çəkinməmiş, daima müxtəlif üsullarla onu dəstəkləmiş

və düşünmüşlər ki, o, Quba xanı olacaq və bütün xalqın istəyi qarşısında

Rusiya Hökuməti nə vaxtsa onun xanlığını təsdiq etməyə razılıq verəcək.

Quba torpağındakı indiki çaxnaşma həmin zərərli əlaqələrin və bu xalqın pis

niyyətinin nəticəsidir”. (48)

Bu sətirlər zəbt edilmiş “xalqın” – indiki halda Quba əhalisinin – işğalçı

tərəfindən qəbul və dərk edilməsində olan dərin səhvləri, anlaşılmazlıqları

və ziddiyyətləri çox dəqiq xarakterizə edirdi. Həmin sətirlərin müəllifi gizlədə

bilmədiyi bir təəssüflə iddia edirdi ki, “əgər Quba xalqı sadiq olsaydı, nəinki

təklikdə Şeyxəli xana və onun quldur dəstələrinə qarşı özü müqavimət

göstərə bilərdi, həm də bu yelbeyini gizlədən və dəstəkləyən qonşularına da

güclü zərbə vura bilərdi”. (49)

Yazışmalarda bir qayda olaraq “vəhşi” deyə adlandırılan “Quba xalqı”

İmperator Həzrətlərinə niyə sadiq deyildi, və əksinə “yelbeyin”, “əxlaqsız”,

“quldur” və “əclaf” Şeyxəli Xan Qubalını niyə müdafiə edirdi? Torpaqlarını

zorla ələ keçirmiş “yadelli gəlmələrlə” barışmayan qürurlu və azadlıq sevər

xalqın Şeyxəli xanın simasında öz başçısını gördüyü fikrini ağlına belə

gətirməyən, eləcə də Şeyxəli xanın özünün və müttəfiqlərinin fəaliyyətinin

öz mövqeyini, öz torpaqlarını və öz xalqını qorumaq kimi sadə bir məntiqə

söykəndiyini ehtimal etməyən və yaxud etmək istəməyən rus generalı

görünür ki, özünə yuxarıdakı sualı vermirdi. Bununla belə, onun həddən

artıq mürəkkəb vəziyyətdən çıxış yolu axtararkən, sırf hərbi əmrlərdən başqa,

irəli sürdüyü aşağıdakı təkliflər qubalıların “inadı” qarşısında müvəqqəti

güzəştlərə getmək zərurətini anladığını göstərir: “yaranmış şərait və

İmperator Həzrətlərinə faydalı xidmət göstərilməsi nəzərə alınmaqla Qubada

xanlıq bərpa edilsin, bu zaman Rusiyanın təbəəliyində olan digər xanlara aid

qaydalar əsas götürülsün; mən onlara hörmət əlaməti olaraq bizim idarəçilik

üsuluna vərdiş etməmiş qubalıların hökumətdən narazı qalmağa səbəbləri

olmayacağını və onların öz üzərilərində xanlarının olması arzularının təmin

ediləcəyini təklif edirəm, amma yalnız Şeyxəli olmamaq şərti ilə...». (50)

1810-cu ilin sentyabr ayında Şeyxəli Xanın tutulması və ya məhv

edilməsi üçün artıq 1000 çervon qızıl pul mükafatı, maaşlı rütbə və ya həmin

şəxsin vəziyyətinə uyğun Qubada mülk verilməsi təyin edilir, (51) “amansız

qiyamçıları isə qırmaq”, ...qiyamın əsas səbəbkarlarını tutmaq və ya onların

1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman

əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi