Background Image
Previous Page  189 / 324 Next Page
Information
Show Menu
Previous Page 189 / 324 Next Page
Page Background

185

Quba şəhərinin talan edilməsi haqqında sənədlər

Quba şəhərinin sakinlərinin şahid ifadələri və müraciətləri

dərəcəyə aiddir. Ona digər yara ucu şiş deşici silahla vurulmuşdur və

xarakterinə görə o da yüngül dərəcəyə aiddir.

2. Zəhra Yusif qızı. Ucu şiş deşici silahla iki yara almışdır, yüngül

zədə dərəcələrinə aiddir. Üçüncü və dördüncü yaralar odlu silah-

dan atılmış güllə yarasından yaranmışdır, həm də güllə, öz birbaşa

istiqamətini dəyişərək, dəri qatına bir qədər qövs şəklində keçmişdir.

Bu zədələr də vəziyyətinə görə yüngül dərəcələrə aiddir.

3. Kərbəlayı Abuzər Məstan oğlu. Əhəmiyyətsiz üzdən yara

güllənin dərini sürtüb keçməsindən əmələ gəlmişdir. Yara yüngüldür.

Doktor İ.Levi (imza)

Vərəqin arxa tərəfindəki qeyd:

Ərizə.

Yuxarıda adları çəkilənlərin müayinə edilməsinə görə mənə 20

rubl məbləğində zəhmət haqqı verməyinizi xahiş edirəm.

İ.Levi (imza)

Yazı.

19 dekabr 1918-ci il tarixində Fövqəladə Təhqiqat Komissiyasının

üzvü cənab Novatskidən 20 rubl (iyirmi rubl) aldım.

İ.Levi (imza).

AR DA, f. 1061, s. 1, iş 96, v. 60-61

Sənəd № 68

Dindirmə protokolu

1918-ci il. 21 dekabr, Quba şəhəri.

AzərbaycanHökuməti yanındaFövqəladə Təhqiqat Komissiyasının

üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq şahid

qismində dindirdiyi aşağıda imza edən şəxs göstərmişdir:

Knyaz David Aleksandroviç Gelovani, 30 yaşım var, müvəqqəti

olaraq Quba şəhərində yaşayıram, mənim daimi ünvanım: Bakı

şəhəri, Nəcəf Əmircanovun kontoru, Pravoslav Kilsəsinin qarşısında.

Mən əqidəmə görə sosial-demokrat – menşevikəm. Mən öz si-

yasi baxışlarıma görə katorqa işlərinə sürgün edilmişdim. Çevrilişdən

sonra azad edilmişəm və Moskvada tibb fakültəsində oxuyurdum.

1918-ci ilin əvvəlində qohumlarımı ziyarət etmək üçün Qafqaza

gəlmişdim. Rusiyaya qayıtmaq istədikdə, Qudermes hadisələrindən

sonra dəmiryolu hərəkəti dayandırılmış oldu. Mən Bakıya gəldim, işsiz