Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
22
özlərini (itaətli kəndlilərindən savayı) və əmlaklarını ümumiyyətlə məhv
etmək (yaxud dövlət xəzinəsinə daxil etmək) göstərişi verilmişdi. (52)
Üsyançıların şiddətli müqavimətinə və say üstünlüyünə baxmayaraq,
Quba üsyanı 1810-cu ilin dekabrında yalnız rus silahının gücünə yatırıldı,
belə ki, rus ordusunun artilleriyadan və digər silah növlərindən geniş
istifadə edən ən yaxşı hissələri üsyançılara qarşı yönəldilmişdi. Şeyxəli Xan
Dağıstanın dağlarında gizlənə bildi. Sonrakı illərdə o, əvvəlcə Surxay-Xanın
Kürə mülkündə, sonra Qazıqumuq xanlığında və Akuşda qalaraq, 1819-cu
ilədək partizan müharibəsini davam etdirmiş və rus qoşunlarını Dağıstanın
içərilərinə buraxmayaraq, ləzgilərdən ibarət olan çoxminli dəstələrlə Quba-
ya və Quba xanlığının kəndlərinə hücumlar etmişdir. 1819-cu ilin iyununda
ailəsi ilə birgə yaşadığı Akuşun Başlı kəndinin yaxınlığında Şeyxəli xan ruslarla
növbəti qarşıdurmada parlaq qələbə qazandı. O, Başlının – Quba xanlarının
irsi kəndində olan 2000-dək evin hamısını atəşə tutan rus qoşunlarının
qarşısına 20 minlik qüvvə çıxarmış və rusları ağır itkilərlə geri çəkilməyə
məcbur etmişdi. Lakin, bu Şeyxəli Xanın sonuncu qələbəsi idi. 1919-cu ilin
avqustunda general Mədətovun və general Pestelin başçılığı altında çox-
minli rus qoşunları müxtəlif istiqamətlərdən Dağıstana yürüşə başladılar.
Şeyxəli Xan və onun ətrafı belə güclü hücuma davam gətirməyərək, dağlara
çəkildilər və yoxa çıxdılar. Onun sonrakı taleyi haqqında dəqiq məlumat yox-
dur, lakin, müxtəlif mənbələrdə belə ehtimallar irəli sürülür ki, Şeyxəli Xan
1821-ci ildə ölmüş və Balakəndə dəfn edilmişdir, digər mənbədə isə onun
ölüm tarixi kimi 25 may (06 iyun) 1822-ci il göstərilir. (53)
Çar hökuməti Şeyxəli Xanın tərəfdarlarının hamısına qəddarcasına divan
tutdu. Şeyxəli xanla bütün bu illər ərzində əlaqədə şübhəli bilinən səkkiz nəfər
Dərbənd bəyi Həştərxana sürgün edildi. (54) Quba üsyanının iştirakçılarının
aqibəti daha ağır oldu. Onları ümumi siyahılarla, “çox qısa sürən və 24 saat
ərzində başa çatdırılan hərbi məhkəmədə xəyanətdə günahlandıraraq”
Sibirə sürgünə göndərdilər. (55) Həmçinin Tabasaran əyalətinin “Şeyxəlinin
tərəfini saxlayan” kəndləri də cəzalandırıldı, onların idarə edilməsi “İmperator
Həzrətlərinə sadiq və itaət edən bəylərə həvalə edildi”, ”Şeyxəli ilə qaçan
xəyanətkarların” əmlakı isə “digər sadiq bəylərin” idarəçiliyinə verildi. “Gü-
nahkarlardan mal-qara qismində alınmış kontribusiya”nın “bir hissəsi hərəkət
edən qoşunların istifadəsinə verildi, digər hissəsi isə yandırılmış Eren və Ərkit
kəndlərinin Rusiyaya sadiq və Şeyxəli üzündənmüflisləşmiş bəylərinə paylandı.
Diqqətəlayiqdir ki, bütün bu sərəncamlar “qanunun aliliyini” gözləmək
baxımından deyil, “Asiyalılarda bu üsul, həmişə günahkarları cəzalandırmaqla
və çalışqan insanlara xeyir verməklə, onları itaətdə saxlamaq üçün ən etibarlı
üsuldur” – məntiqi ilə verilmişdi. (56)
Quba xanlığının bu hadisələrdən sonra idarəçiliyinə gəldikdə qeyd
edilməlidir ki, nə general Tormasovun Qubada yeni xanın müqavilə bağlamaq




