Background Image
Previous Page  27 / 324 Next Page
Information
Show Menu
Previous Page 27 / 324 Next Page
Page Background

23

yolu ilə təyin edilməsi haqqında təklifi, nə də onun təklif etdiyi namizədin

özü (Şaqanlı Cahangir xan) Quba əyalətinin “nizama salınması” ilə məşğul

olan polkovnik Lisaneviç tərəfindən bəyənilmədi. Lisaneviç Bakı komendantı

general Repindən “Cahangir xanın Quba əyalətinin idarə olunmasına cəlb

edilməsi barədə sərəncam alsa da, buna əməl etmədi”. Belə ki, “Quba

xalqının Cahangir xan tərəfindən idarə edilə biləcəyinə” inanmadı, çünki,

“...bəylər və sadə xalqın böyük hissəsi sünnilər, Cahangir xanın özü isə şiə

olduğu üçün, mənim bütün səylərimə baxmayaraq, onlar xanı istəmirlər, və

bu səbəbdən xan da heç zaman özünü xalqa sevdirə və ya heç olmasa əsas

bəylərin bir hissəsinin etibarını qazana bilməyəcəkdir”. Bunun müqabilində

Lisaneviç “müvəqqəti olaraq 4 bəydən ibarət, onların hüquqlarına uyğun,

yerli gəlirlərdən maaş verməklə, baş hərbi rəisin sədrliyi altında divan”

yaradılmasını təklif edilirdi. (57)

Burada belə bir məqamı vurğulamaq lazımdır ki, Lisaneviç tərəfindən

irəli sürülən dəlil, ilk baxışdan inandırıcı görünsə də, Şeyxəli xanın və

Quba xanlarının bütün nəslinin şiə inancına etiqad etməsi nəzərə alınarsa,

yuxarıdan verilən göstərişin onun tərəfindən icra olunmamağının əsil

səbəbini aydınlaşdırmır. Yəqin ki, buna görə o, 2 həftədən sonra (24 no-

yabr 1810-cu il tarixdə), daha çox əsaslandırılmış dəlillər gətirərək, general

Tormasova ikinci raportunu göndərir və bir daha qeyd edir ki, “bütün halları

təhlil edərək, mən Cahangir xanın xanlığın idarə edilməsinə gətirilməsini mü-

nasib hesab etmədim, çünki: 1) yad xanları xalqın gözü götürmür; 2) onların

dini fərqlidir və, nəhayət, xalq Rusiya məmurları tərəfindən idarə edilməyə

müəyyən mənada artıq adət etmişdir və bütün hallarda özünü daha təmin

edilmiş hesab edir. Mən bunu çox ədalətli hesab edirəm, belə ki, xanlıq idarə

üsulunda xalq dövlət xəzinəsinə verdiyi vergidən əlavə xanı və onun bütün

əshabələrini saxlamalıdır ki, bu da əhali üçün ağır bir yük olacaqdır. Habelə

Cahangir xan Qubanın bizə sədaqətli olan nüfuzlu bəylərindən heç birini

özünə yaxınlaşdıra bilmir, nəticədə biz xan hakimiyyətinə dözməyən xalqı

sakitlikdə saxlamaq üçün orada qoşunlarımızın sayını azaltmaq əvəzinə

artırmalı olacağıq”. Həmin bu raportdan məlum olur ki, polkovnik Lisane-

viç artıq Qubada podpolkovnik Tixanovskinin sədrliyi altında və 3 bəydən

– Həsən əfəndi, Məmməd bəy Buqudski və Musa bəy Əlibəyovdan – ibarət,

yerli komendantın iclasçı qismində iştirakı ilə müvəqqəti hakimiyyət üsulu

yaratmışdır. (58)

Beləliklə, həm Quba xanlığının, həm də Quba xanlarının tarixinə son

nöqtə qoyulur. Bu kiçik raport həm də Rusiyanın təbəəliyini qəbul edən,

general olan və öz torpaqlarının hakimləri kimi saxlanılan digər Azərbaycan

xanlarının gələcək taleyinin müjdəçisi hesab edilə bilər. Lakin qarşıda yalnız

bu xanlar, generallar üçün deyil, həm də bütün Azərbaycan xalqı üçün

taleyüklü olacaq hadisələr gözlənilirdi.

1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman

əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi