Background Image
Previous Page  112 / 324 Next Page
Information
Show Menu
Previous Page 112 / 324 Next Page
Page Background

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə

108

siyasi şəraitdə qohumları və dindaşları ilə bərabər Quba qəzasının erməni

kəndi Kilvarın əhalisi də Həmdulla Əfəndinin müdafiəsinə qalxır. Həmdulla

Əfəndinin istintaq işində bu kəndin 90 nəfər erməni kəndlisi tərəfindən

imzalanmış bir sənəd var. Bu sənəddə deyilir: “Biz, 1927-ci ilin 19 avqust

tarixində, aşağıda imza edən Kilvar kəndinin sakinləri, öz imzamızla təsdiq

edirik ki, Gələgah kəndinin sakini vətəndaş Həmdulla Əfəndiyev bizə qarşı

həmişə xeyirxah olmuşdur, bizə xeyirdən başqa heç bir pisliyi dəyməmişdir;

əlavə olaraq, 1905-ci ildə iğtişaşlar zamanı qonşu kəndlərə bizimlə daima dinc

dolanmağı məsləhət görmüşdür və hər cür münaqişələrin qarşısı alınmışdır.

1918-ci ildən 1920-ci ilədək həm bizə, həm də bizim əmlakımıza toxunmağa

heç kimə imkan verməmişdir, ümumiyyətlə heç vaxt bizimlə qonşularımız

arasında milli ədavət aparmamışdır. Bütün bu yuxarıdakı işləri o, mənfəət

niyyəti ilə yox, açıq ürəkdən etmişdir. Bu səbəbdən biz, aşağıda imza edənlər,

yuxarıda deyilənləri nəzərə almağınızı xahiş edirik və imzalayırıq”. (330) Bu-

nun ardınca əksəriyyəti erməni əlifbasında olan 90 sakinin imzası gəlirdi.

(Sənədin surəti kitabdakı fotoşəkillərə əlavə edilmişdir).

Çox maraqlıdır ki, kilvarlı ermənilər bu sənədin – “Qərarın” yalnız

imzalanması ilə kifayətlənməyərək, ayrıca məktubla Kilvar Kənd Sovetinin

sədri A.A.Ambarsumova onların imzalarını möhürlə təsdiq etmək xahişi ilə

müraciət etmiş və bu xahiş yerinə yetirilmişdi. (331)

Lakin bu məktub əhvalatı bununla bitmirdi. Belə ki, istər məktubun

məzmunundan, istərsə də erməni əhalisinin fəallığından açıq-aydın nara-

hat olan istintaq, belə bir məktubun nəinki tərtib edilməsi, həm də

A.A.Ambarsumov kimi rəsmi şəxs tərəfindənmöhürlə təsdiq edilməsi ilə bağlı

olaraq Quba qəzasının Dəvəçi Dairəsi Kilvar Kənd Sovetinin sədri – Ambar-

sum Aleksandroviç Ambarsumovu dindirir, və həmin dindirmənin gedişində

üzə çıxan daha bir məqam xüsusi diqqət tələb edir. A.A.Ambarsumov bildirir

ki, “O, Həmdulla Əfəndinin yaxşı davranışı ilə bağlı belə bir sənəd - Qərar

verməkdən imtina etdikdə... Kilvar kəndinin sakinləri öz adlarından iltizam

verdilər ki, bütün sonrakı nəticələrə görə Kənd Soveti yox, əhali özü cavab-

dehdir”. (332)

Bu məktub, təbii ki, həbsdə olan Həmdulla Əfəndinin taleyinə təsir

göstərmir. 4 mart 1928-ci il tarixində o, “Sovet quruluşu idarəçiliyinə

qarşı cinayətlərdə və quldurluqda iştirakda” ittiham edilir, 17 iyul 1928-ci

ildə isə Az.DSİ Kollegiyası tərəfindən “sosial müdafiənin yüksək cəzasına

– güllələnməyə” məhkum edilir. (333) Hökm Oktyabr İnqilabının 10 illiyi

münasibətilə elan olunmuş amnistiyanın Həmdulla Əfəndi Əfəndizadəyə

şamil edilməməsi haqqında Az.SSR təhlükəsizlik orqanlarının vəsatəti təsdiq

edildikdən dərhal sonra – 1929-cu il avqustun 3-də yerinə yetirilir. (334)

Lakin Kilvar ermənilərinin bu məktub-müraciətinin əhəmiyyəti yalnız,

onu imzalayan və bu hərəkətin “nəticələri” üçün cavab verməyə hazır olan