Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
164
çevrilmişəm. Şəhərdə yaxşı evlərin əksəriyyəti yandırılmışdı. Müsəlman
əhali büsbütün talan edilmişdi. Hədsiz sayda öldürülən vardı. Mən bu
zorakılıqların şahidi olmamışam, amma bu barədə etibarlı şəxslərdən
eşitmişəm. Ermənilər fərq qoymadan bütün kişi, qadın, qız, oğlan və
uşaqları qətlə yetirmişdilər. Mən eşitmişəm ki, onlar yüzədək müsəlman
qızları zorlayıblar. Bu bədbəxtlərin ad və soyadlarını deyə bilmərəm, çün-
ki bizim əxlaqımıza görə bunu onların valideynləri və qohumları özləri
gizlədirlər. Bu qızlardan çoxu hamilə qalmış və ölmüşdür, çoxları hələ
sağdır. Belə qurbanlar haqqında məlumatları hazırda Bakı şəhərində
yaşayan Axund Molla Hacı Baba Axundzadədən almaq olar. Mən
eşitmişəm ki, Hacı Məhəmməd Qasım Hacıağa Rəhim oğlunun evində
gizlənən qadınları zorlamışlar. Müsəlmanların ermənilər tərəfindən
qırılmasının səbəbini nə ilə izah edəcəyimi bilmirəm. Amma, eşitmişəm
ki, müsəlmanlardan 1905-ci ildə
32
onlara qarşı çıxdıqlarına görə qisas
alırlar. 1905-ci ildə burada, Quba şəhərində bircə erməniyə belə xətər
yetirilməmişdi.
Bəzi qara fikirli adamlar ermənilərə hədə-qorxu gələndə, biz
onları müdafiə etdik və onlar təhlükəsizlik məqsədilə təcrid edildikdə
və etibarlı mühafizə altında həbsxana binasında yerləşdirildikdə, biz
onlara yemək aparırdıq. Şəxsən Mən erməni tacir Mirzə Əmircanova
yemək aparırdım. Onlar, Quba erməniləri isə bizə satqınlıqla cavab
verdilər. Məsələ ondadır ki, onlar həmin hadisələrdən xeyli əvvəl Quba
şəhərində olan bütün daşınan və daşınmaz əmlaklarını satdılar və
Qubadan çıxıb getdilər. Biz onlardan soruşanda ki, niyə çıxıb gedirsiniz,
cavab verirdilər ki, Bakıda yaşamaq istəyirlər. Biz onların qaçmağının
səbəbini yalnız indi başa düşürük: erməni qardaşlarının bizimlə və bizim
şəhərimizlə nə edəcəkləri onlara məlum idi, və onlar bizə xəbərdarlıq
etmədilər. Mən şəxsən erməni qatilləri və təcavüzkarlarının heç birini
görməmişəm və ad çəkə bilmərəm. Öz həmşəhərlilərimdən eşitmişəm
ki, Quba şəhərində müsəlmanlara qarşı törədilən cinayətlərdə Quba
erməniləri: Qriqorinin oğlu, praporşik, bərbər Cavad, Arutyun, Mirzə
Əmircanov (onu hadisələr zamanı şəhərdə furqonda görüblər) iştirak
ediblər. Başqaları haqqında eşitməmişəm. Ermənilər, mənim mənzilimi
talan etməklə və bütün daşınan əmlakımı, pul və qiymətli əşyalarımı
qarət etməklə, rublun köhnə kursu ilə mənə yetmiş min məbləğində
ziyan vurublar. Əlavə heç nə deyə bilmərəm.
İmza.
Komissiyanın üzvü: А.Novatski (imza)
AR DA, f. 1061, s. 1, iş 96, v. 28-30




