Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
184
Sənəd № 67
Protokol
1918-ci il, 19 dekabr, Quba şəhəri
Fövqəladə Təhqiqat Komissiyasının üzvü Novatski şahidlər Əyyub
bəy Xanbudaqovun və polis Məmmədov Yusif Hacı Əli Nağı oğlunun
iştirakı ilə, Quba polisi həkimi cənab Levinin vasitəsilə zərərçəkənləri
–
İsmayıl Kərbəlayı Məmməd Tağı oğlunu və Zəhra Yusif qızını,
onlara yetirilmiş xəsarətlərin xarakter və dərəcəsinin müəyyən edilməsi
məqsədilə müayinə etmişdir və bununla müəyyən edilmişdir ki:
1) İsmayıl Kərbəlayı Məmməd Tağı oğlu. Müayinə edilənin üzdən
7-8 yaşı var, dərialtı piy qatı ortadır, bədən quruluşu və qidalanması
normaldır, sol çiyin qurşağında 7 santimetr uzunluğunda, əyri forma-
da, sol körpücük sümüyündən sol çiyin sümüyünün kəlləsinə doğru
gedən çapıq var. Əzələ qatı sol əlin sərbəst hərəkət etdirilməsinə mane
olacaq dərəcədə zədələnməmişdir. Sol budunun daxili səthində, no-
xud dənəsi boyda, iri formada üzdən olan kiçik yara çapığı var. Digər
zədələr yoxdur. Səhhətinin ümumi vəziyyəti qənaətbəxşdir.
2) Zəhra Yusif qızı. Müayinə edilənin üzdən təxminən 20 yaşı var,
bədən quruluşu və qidalanması ortadır. Döş ətinin sağ tərəfində gözə
çarpan iri formada təqribən düz, 1
1\2
sm. böyüklüyündə iki iri formada
kəsik var, onlardan biri dərialtı qata bitişmişdir. Sinəsinin sol tərəfində
düzgün olmayan dördkünc formada, hərəkətli, eni 2
1\2
sm. və boyu
2 sm. olan yara yeri var. Bu yaradan bir santimetrlik məsafədə bayır
tərəfdən daha böyük ölçüdə düzgün olmayan, yüngül hərəkətli, 5 sm.
enində və 2
1\2
sm. böyüklüyündə digər kəsik yeri var. Digər zədələr
yoxdur. Səhhətinin ümumi vəziyyəti qənaətbəxşdir.
3) Kərbəlayı Abuzər Məstan oğlu. Müayinə edilənin üzdən 60 yaşı
var, bədən quruluşu və qidalanması ortadır. Sol baldırının ön səthində
dəyirmi formada, noxud boyda yara var. Digər zədələr yoxdur.
Ekspert: Doktor İ.Levi (imza)
Şahidlər: Yusif Məmmədov, Ə.Xanbudaqov (imzalar)
Komissiyanın üzvü А.Novatski (imza)
Rəy:
1. İsmayıl Kərbəlayı Məmməd Tağı oğlu. Sol çiyin ətində iti
kəsici silah ilə vurulmuş yaradır, yara əzələ qatını zədələmədiyi və əl
hərəkətləri sərbəst və ağrısız olduğu üçün vurulmuş zədələr yüngül




