Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
24
* * *
1812-ci ildə Napoleon Rusiyaya qarşı müharibəyə başladı. Bu zaman
ruslarla danışıqlar aparan İran şahı danışıqları dayandırdı və tezliklə 20 minlik
ordu ilə Qarabağa hücum etdi. Lakin rus qoşunları tərəfindən sıxışdırılan İran
dəstələrinin Azərbaycanın digər ərazilərinə girmək cəhdləri uğursuz oldu.
Nəticədə şah yalnız 1809-cu ildə ruslar tərəfindən zəbt edilmiş Lənkəranı
ələ keçirməyə nail oldu. Rusların ordusu isə Araz çayını keçdi və Aslandüz
altındakı döyüşlərdə İran ordusunu darmadağın etdi. Bu qələbədən sonra
ruslar yenidən Lənkəranı ələ keçirdilər və İran şahı sülh danışıqlarını yenidən
bərpa etməli oldu.
1813-cü 12 oktyabr tarixdə Qarabağda Gülüstan kəndi yaxınlığında
İran və Rusiya dövlətləri arasında sülh müqaviləsi bağlandı və bu müqavilənin
şərtlərinə əsasən Şimali Azərbaycan xanlıqlarından İrəvan və Naxçıvandan
başqa, bütün Azərbaycan xanlıqları (Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ,
Şəki, Talış) Rusiyaya verildi.
Yuxarıda deyildiyi kimi, bu zaman rus qoşunlarına müqavimət göstər-
miş Gəncə, Bakı və Quba xanlıqları artıq ləğv edilmişdi. Rusların hakimiyyətini
könüllü olaraq tanımış əyalətlərdə isə köhnə hakimlər hələ qalsalar da,
onların da hökmranlığı uzun çəkmədi: 1819-1826-cı illərdə Şəki, Şamaxı,
Qarabağ və Lənkəran xanlıqların ləğv edildi. Bu hadisə ona gətirib çıxardı ki,
bir çox devrilmiş və öz doğma yurdlarını tərk etmiş xanlar 1826-1828-ci illər
ikinci İran-Rusiya müharibəsində İran şahının tərəfinə keçdilər.
Birinci müharibədə məğlubiyyətə uğramış İran şahı, bununla belə,
Qafqazı yenidən tutmaq ümidini itirmirdi. Onun bu ümidinə həmçinin keçmiş
xanlar və hələlik nisbi imtiyazlı vəziyyətlərini saxlasalar da, rus hökumətinin
açıq-aşkar etimadsızlığını hiss edən böyük bəy zümrəsi (istər İrana qaçmış,
istər Qafqazda qalmış) də qismən rəvac verirdi. “Çar administrasiyası
müsəlman elitasını ... daimi gizli təhlükə mənbəyi kimi qəbul edirdi. Bu, heç də
İranın və Osman Türkiyəsinin bilavasitə yaxınlığından irəli gəlmirdi. Sadəcə,
çar məmurları islam dünyası haqqında çox qaranlıq təsəvvürə malik idilər.
İslam mədəni mühiti onlar tərəfindən yad mənşənin-başlanğıcın təcəssümü
və hər şeydən əvvəl – Avropanın proqressiv düşüncəsinin barbarcasına və
fanatik inkarı kimi qəbul olunurdu. O dövrün rəsmi dilində islam və “gerilik”
sinonim sözlər idi”. (59)
Lakin, Azərbaycan elitasının nümayəndələrinin də əvvəllər əməkdaşlıq
etdiyi rus administrasiyasına qarşı münasibəti mənfi idi. Faktiki olaraq
müstəmləkə rejimi olan komendant idarəçiliyi dövrü üçün səciyyəvi olan
müxtəlif növ qanun pozuntuları, səlahiyyətləri aşmaq, özbaşınalıq, ağır
vergilər və s. təbii ki, bu administrasiyaya qarşı rəğbət yarada bilməzdi.
Təsadüfi deyil ki, 1826-cı ilin yayında ikinci İran-Rusiya müharibəsi




