97
məqsədlərlə cinayət əməlləri törətmiş” şəxslər təqib və cəzadan azad
edilirdilər, 10-cu maddəsinə görə isə “Fövqəladə Təhqiqat Komissiyasının
icraatında olan” bütün cinayət işlərinə həmişəlik xitam verilirdi. (307)
Həmin 1920-ci ilin sonlarında isə artıq Azərbaycan Sovet Sosialist
Respublikasının məhkəmə orqanlarının qərarı ilə 9 fevral 1920-ci il tarixli qa-
nun əsasında “Quba şəhərinin və Quba qəzasının kəndlərinin talan edilməsi
haqqında” cinayət işinin icraatına xitam veriliк və iş arxivə göndərilir. (308)
Lakin, nə yuxarıda göstərilən əlamətdar hadisənin şərəfinə qəbul
edilmiş əfv qanunu, nə də 1918-1921-ci illərdə Cənubi Qafqazda sürətlə
dəyişən siyasi vəziyyət Qubadakı müsəlman qırğınlarının əsas günahkarı
olan Amazasp Srvantsyanı layiq olduğu cəzadan xilas edə bilmədi.
Quba hadisələrindən az sonra Amazasp bir daha sübut etdi ki, o, yalnız
əliyalın və dinc müsəlman xalqlarına – türk, kürd, azərbaycanlı, ləzgi, tat və
digərlərinə – qarşı vuruşa və bu zaman özünü “erməni xalqının qəhrəmanı”
hesab edə bilər: Qarsda, Vanda, Bitlisdə, Xizanda, Zəngəzurda, Bakıda,
Qubada və s. yerlərdə olduğu kimi!
Bakıya doğru hərəkət edən türk-azərbaycanlı qoşunlarının mütəşəkkil
hərbi hissələri ilə vuruşmaq lazım gəldikdə Amazasp, döyüş əməliyyatlarının
ən qızğın vaxtında, Bakıda Sovet hakimiyyətinin taleyi həll olunarkən, öz
süvari dəstəsini döyüşdən çıxarıb cəbhəni açıq qoydu və bununla Bakı rayo-
nunun komissarı Q.K.Petrovu tamamilə çaşqın bir hala salmışdı. 1918-ci il
iyunun 24-də, Bakıda bolşevik hakimiyyətinin süqutuna bir həftə qalmış,
Q.K.Petrov Şaumyana və Korqanova göndərdiyi teleqramda Amazaspın bu
hərəkəti ilə bağlı qəzəblə soruşurdu: “Mən anlamıram, nə baş verir, mən
hara düşmüşəm – insanların açıq qəlblə “xalq uğrunda həyatını vermək” kimi
böyük işlərə getdiyi cəbhəyə, yaxud, allah bilir, hara, bu nədir?” (309)
Eyni hərəkəti iki həftə əvvəl Amazasp Şamaxı ətrafında gedən döyüşlər
zamanı etmişdi. Onda Amazasp “bərk qarnı ağrıdığını” bəhanə edərək...
“atını götürüb cangüdənləri ilə birlikdə cəbhə mövqeyindən çıxıb getmişdi”,
sonradan isə ümumiyyətlə əmr olmadan öz dəstəsi ilə Bakıya tərəf geri
çəkilmişdi. Bu hadisəni təsvir edən Anastas Mikoyan, həmin dövrdə dəstə
komissarı olan Amazaspı xəyanətdə ittiham etmiş və onun məhkəməyə
verilməsi tələbi ilə Şaumyana teleqram göndərmişdi. (310)
1918-ci ilin sentyabrında da, hücuma keçmiş Qafqaz İslam ordusunun
və Azərbaycan qoşunlarının təzyiqi qarşısında erməni xalqının “qəhrəmanı”
yenə də cəbhəni tərk etdi və öz əsgərlərini özbaşına buraxaraq, Bakıdan
İrana qaçmalı oldu. Birinci dünya müharibəsi başa çatdıqdan sonra Ama-
zasp yenidən Qafqaza döndü və “Nor Bayazet rayonunda Ermənistan ordu-
sunun komandiri” təyin edildi. (311) 1920-ci ilin noyabrında Ermənistanda
sovet hakimiyyəti qurulduqdan sonra Amazasp, görünür ki, “erməni xalqı”
qarşısında “xidmətlərinin” qiymətləndiriləcəyi ümidi ilə Yerevanda qaldı.
1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman
əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi




