93
dən çox yeni qəbir gördüm. Mənə dedilər ki, adamlar qəbirlərdə 4-5 nəfər
birlikdə, yaxud iki-iki dəfn edilmişdir”. (294)
Lakin, özü-özlüyündə aydındır ki, 2000-dən çox cənazə bir şəhər
qəbiristanlığında dəfn edilə bilməzdi. Güllələnən müsəlmanların ermənilər
tərəfindən (habelə, ermənilərin göstərişi ilə cəsədləri dəfn etmiş qubalılar
tərəfindən) basdırılması haqqında ifadələrin olmaması onunla izah edilir ki,
sağ qalan bütün sakinlər güllələnmək qorxusundan demək olar ki küçəyə
çıxmamış, çıxanlar isə, o cümlədən ermənilərin çağırışına cavab olaraq
öz həmşəhərlilərini dəfn etməyə gedən kişilər, artıq geri qayıtmamışlar.
Ermənilər tərəfindən yaralanmış və ya şikəst edilmiş sakinlərin, o cümlədən
istintaqa ifadə verə biləcək şahidlərin olmaması da məhz bununla izah edilir
və şəhərin 1-ci müsəlman hissəsinin pristavının aşağıdakı məlumatı ilə təsdiq
edilir: “Quba şəhərinin I hissəsinin ərazisində erməni quldurları tərəfindən
yaralanan və şikəst edilənlər yoxdur və ola da bilməz, çünki onlar çox sərrast
atırdılar və bir güllə əvəzinə 40-50 güllə işlədirdilər. Bundan əlavə, onlar
qabaqlarına çıxan hər kəsi xəncərlə doğrayır, ölənə qədər tüfəngdən atəşə
tutur, öldürəndən sonra isə meyitləri eybəcər hala salırdılar”. (295)
Bu cəhətdən şəhər pristavları tərəfindən Fövqəladə Təhqiqat
Komissiyasının qətlə yetirilmiş, yaralanmış və şikəst edilmiş şəxslər haqqında
sorğusuna cavab olaraq təqdim etdikləri bir sənəd Quba şəhərində qırğınlar
zamanı qətlə yetirilmiş insanların dəfn olunması qaydaları haqqında çox
vacib şəhadət sayılır: “Erməni dəstələrinin və bolşeviklərin hücumu qarşısında
qorxudan ölənlər – Quba şəhərinin 100 nəfərdən artıq sakini. Bunlar-
dan əlavə, 300 nəfər naməlum gəlmə insanlar – ermənilər və bolşeviklər
tərəfindən öldürülmüşlər və meyitləri Quba şəhərində, bir qəbirdə əlli cəsəd
olmaqla dəfn edilmişdir”. (296)
Lakin, həmin Abbas bəy Həsənbəyovun ifadəsindən göründüyü kimi,
hətta kütləvi məzarlıqda dəfn edilmək kimi dəhşətli aqibət də günahsız
erməni qurbanlarının hamısına qismət olmamışdı: “May ayında Xaçmazdan
Qubaya gedərkən yol kənarındakı xəndəklərdə müsəlmanların çaqqallar və
digər vəhşi heyvanlar tərəfindən gəmirilmiş meyitləri uzanıb qalmışdı. (297)
Bu yerdə, əlbəttə ki, Quba faciələrinin əsas günahkarları, Quba şəhəri
və qəzasının on minlərlə müsəlman sakininin həyatına son qoymuş və ya
taleyinə ağır təsir etmiş dəhşətli qırğınların icraçılarının, ilk növbədə Quba
hadisələrinin iki əsas “qəhrəmanının” – Gelovaninin və Amazaspın özlərinin
taleyi haqqında danışmaq münasib olardı.
1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman
əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi




