99
Azərbaycan xalqına qarşı dəfələrlə həyata keçirilmiş faciəvi, heç nə ilə bəraət
qazandırılmayan və uzun müddət ərzində lazımi siyasi-hüquqi qiymətini al-
mayan təcavüzlər zəncirində xüsusi yer tutur.
Bu sənədlərdən göründüyü kimi, FTK-nın üzvü Andrey Fomiç Novats-
kinin başçılıq etdiyi kiçik istintaq qrupu Quba hadisələrinin araşdırılmasına
1918-ci ilin dekabr ayının əvvəlində başlayır. Hazırlıq mərhələsində təşkilati
işlərin kifayət qədər yüksək səviyyəsi, yerli hakimiyyət orqanlarının yardımı,
Novatskinin özünün və onun köməkçilərinin fədakar əməyi sayəsində
təhqiqat qrupu təxminən bir ay ərzində, ümumi həcmi 451 vərəq olan 3
cilddən ibarət istintaq sənədlərini toplayaraq tərtib edir. Bu dövr ərzində
Novatski Quba şəhərinin 20-dən çox sakinini, Quba qəzasının isə otuz sa-
kinini – əsasən kənd cəmiyyətlərinin starşinalarını, eləcə də istintaqın əsas
şahidlərindən biri olan David Gelovanini şəxsən dindirir. İstintaq qrupu
tərəfindən yüzlərlə digər sənədlər – əhaliyə dəymiş zərərlər haqqında qərar
aktları, qətlə yetirilənlərin, yaralananların siyahıları və s. toplanır.
Həmin sənədlər 1918-ci il Quba hadisələrinə müxtəlif nəzərlərdən
baxmağa, həmçinin Quba şəhərinin və Quba qəzası kəndlərinin dinc
sakinlərinə vurulan mənəvi və maddi-fiziki zərərlərin miqyasları haqqında
kifayət qədər geniş təsəvvür yaratmağa imkan verir. Bununla belə, komis-
siya tərəfindən nəzərdə tutulmuş bir sıra məsələlərin yerinə yetirilməsi,
demək olar ki, mümkün olmur. Belə ki, elə birinci iş günü Novatski yerli
orqanlara müxtəlif xarakterli sorğular verir, məsələn, Quba şəhərinin daimi
sakinlərindən şahid ola biləcək müsəlmanların adlarının, habelə erməni qul-
dur dəstələrinin Quba şəhərinə hücumu zamanı yaralanmış və şikəst edilmiş
sakinlərin siyahılarının təqdim edilməsini xahiş edir. Sənədlərdən məlum olur
ki, Komissiya Qubada yaşayan digər xalqların nümayəndələrini – “müsəlman
əhalisinə qarşı zorakılıq əməli törətməmiş və erməni quldur dəstələrininQuba
şəhərinə hücumu, onun talan edilməsi və müsəlman əhalisinə qarşı zorakılıq
halları haqqında məlumat verə biləcək” Quba sakinlərini də şahid qismində
dindirmək niyyətində idi. Lakin, dindirilən şahidlərin arasında belə insanların
olmaması göstərir ki, Komissiya hansı səbəblərdənsə bu niyyətini həyata
keçirə bilməmişdir. Novatskinin sorğusuna Quba şəhərinin pristavlarından
birinin verdiyi cavab – “hal-hazırda Quba şəhərinin I hissəsinin ərazisində
başqa dinə mənsub olanlardan kimsə yoxdur” kimi qeyd, (313) təbii ki, bu-
rada qənaətbəxş izahat sayıla bilməz.
Həmçinin, FTK tərəfindən dindirilənlərin arasında sadəcə hadisələrin
şahidi olmayaraq, Amazaspın dəstələrinə qarşı silahlı müqavimətin əsas
təşkilatçıları, Quba qəzası ictimaiyyətinin tanınmış, nüfuzlu nümayəndə-
lərindən - Əli bəy Zizikski, Həmdulla Əfəndi, Möhübəli Əfəndi, Hətəm
Ağa Cağarvi və başqalarının olmaması sual doğurur. Bu da məlumdur ki,
Quba hadisələrindən dərhal sonra həmin xadimlər tərəfindən baş vermiş
1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman
əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi




