103
sənədin saxta olduğunu göstərir. Məlumdur ki, D.Gelovani yalnız FTK-nın is-
tintaq qrupu ilə əməkdaşlıq etməyə başladıqdan sonra erməni dairələrində
“provokator” və “satqın” elan edilmiş və buna görə də tezliklə erməni terror-
çu tərəfindən öldürülmüşdü. Buradan aydın olur ki, “Quba şəhərinin keçmiş
erməni əhalisinin nümayəndəsi” nə üçün “qarət edilənlərin” qaytarılması
xahişi ilə FTK-ya, Azərbaycan hökumətinə deyil, məhz Bakı Erməni Mil-
li Şurasına - sənədlərin saxtalaşdırılmasında daha çox marağı və böyük
təcrübəsi olan bir quruma müraciət edir. Qeyd etmək lazımdır ki, bu sənədə
öz zamanında Erməni Milli Şurası tərəfindən rəvac verilməmişdir ki, bu da
yuxarıda deyilənləri bir daha təsdiq edir.
Lakin həmin sənəd daha bir şəxsin, qəzada “milli müharibə mühitini
gərginləşdirən adam” kimi qəza komissarı Əli bəy Zizikskinin adının çəkilməsi
ilə də diqqəti cəlb edir ki, bu da təsadüfi deyildi. Bu sənədi Quba ictimaiyyətinin
ən görkəmli nümayəndələrindən biri, Azərbaycanda milli-azadlıq hərəkatının
fəal iştirakçısı, Azərbaycan Parlamentinin üzvüƏli bəy Zizikskiyə qarşı ermənilər
tərəfindən məqsədyönlü böhtanların başlanması kimi qiymətləndirmək
olar. Məlumdur ki, ermənilərin Quba həbsxanasında saxlanılması ilə bağlı
hadisələrdə Zizikski şəxsən iştirak etməmişdir və ümumiyyətlə bu vaxt
şəhərdə olmamışdır. Bununla bərabər, artıq yuxarıda deyildiyi kimi, Zizikski
Quba qəzasında bolşevik-erməni birləşmələrinə qarşı silahlı müqavimətin
təşkilatçılarından biri olmuşdu və bu, bütün Quba ictimaiyyətinə, o cümlədən
ermənilərə də bəlli idi. 1920-ci ilin aprelində Azərbaycan sovetləşdirildikdən
sonra, Zizikski İran Azərbaycanına, Ərdəbil şəhərinə köçür və yalnız 1923-cü
ildə vətənə qayıdır. Vaxtilə Qubada onun işçisi olmuş və sonradan Azərbaycan
Fövqəladə Komitəsinin sədri vəzifəsinə qədər yüksələn Mir Cəfər Bağırov, öz
keçmiş rəisinə leqallaşmaqda - üzə çıxmaqda kömək edir və Zizikski Quba-
ya qayıtmayaraq Bakıda məskunlaşır. Bununla belə, onun təqib edilməsinə
son qoyulmur və sonrakı illərdə Azərbaycan Daxili İşlər Xalq Komissarlığı
Dövlət Siyasi İdarəsinin (ADİK Az.DSİ – keçmiş Az.FK) sədrinin – Bağırovun
himayəçiliyinə baxmayaraq, “köhnələrə” qarşı növbəti kampaniya zamanı,
Zizikski 1926-cı ilin dekabr ayının 28-də “agentura məlumatları” əsasında
həbs edilir. Maraqlıdır ki, Zizikskinin həbsinin əsl səbəbləri onun bilavasitə
tərcümeyi-halındakı məlum faktlarla bağlı olsa da, istintaq orqanları onu
“yeni cinayətlərdə”: müsavatçıların xeyrinə gizli fəaliyyət, fəhlə sinfinə qarşı
fəal mübarizə, xaricdəki əksinqilabi təşkilatlar ilə əlaqə və saxta pul kəsənlərin
təşkilatında iştirak etməkdə ittiham edirlər. (319)
İstintaq, “Zizikski”nin işini Hacı İsmayıl Qantəmirovun başçılıq etdiyi
“Şimali Qafqaz-Dağlı əksinqilabçıları” qrupu ilə əlaqələndirməyə çalışaraq,
əvvəlcə bu istiqamətdə işləyir. Lakin, kifayət qədər sübutların olmaması, ya-
xud hər hansı başqa səbəbdənmi, bir il yarımdan sonra Zizikskinin 1918-ci il
hadisələri zamanı fəaliyyətini də cinayət işinə əlavə etmək qərara alınır. 1928-
1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman
əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi




