Background Image
Previous Page  98 / 324 Next Page
Information
Show Menu
Previous Page 98 / 324 Next Page
Page Background

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə

94

* * *

FTK-nın sənədlərindən göründüyü kimi, David Gelovani istintaq

tərəfindən iki dəfə dindirilmişdi. Onun ifadələri son dərəcə dolaşıq,

ziddiyyətli, həqiqətdən uzaq olmaqla hadisələrin təsvirində demək olar ki, bir

birini təkrarlayan qubalıların ifadələri ilə heç də həmişə üst-üstə düşmürdü.

Aydın deyildi ki, “Qudermes stansiyasına qədər dəmir yolu ilə hərəkəti bərpa

etmək” tapşırığı almış milis müfəttişi D.Gelovanini niyə naməlum istiqamətdə

hərəkət edən 2000 nəfərlik, əsasən ermənilərdən ibarət olan əsgər eşelonları

müşayiət edirdi və yaxud, guya “aralarında rus tipli, lakin daha çox ermənilərin

olduğu təxminən 120 kişi, qadın və uşaqmeyitləri” (298) gördüyü yerin demək

olar ki, dəqiq koordinatlarını verən və özünün oraya haradansa peyda olmuş

iki erməni tərəfindən gətirildiyini iddia edən Gelovani, bununla belə, həmin

yeri göstərməkdən imtina edirdi. Nəhayət, hakimiyyətin rəsmi nümayəndəsi,

partiya üzvü və bu səbəbdən intizama tabe olan bir şəxs mərkəzin heç

bir səlahiyyətləri olmadan, yalnız “qəzəblənmiş” və “həyəcanlanmağa

başlayan” erməni əsgərlərindən ticarət eşelonunun tələbi ilə öz yolun-

dan dönərək, Qubaya daxil ola və “neytral şəxs” kimi dinc əhalidən 2 saat

ərzində Sovet hakimiyyətinin tanınmasını tələb edə bilərdimi?! Gelovaninin

özünün dediyinə görə, bu yolla o, guya ki, qəzəblənmiş erməni əsgərlərinin

eşelonunu “sakitləşdirməyə çalışırdı”, hərçənd, məntiqə görə, həmin eşelon

“öldürülmüş 120 erməniyə görə” Qubada Sovet hakimiyyətini qurmaq-

dansa, onu doğrudan da “darmadağın etməli” idi. Eləcə də, qeyd etmək

lazımdır ki, Gelovaninin özünün Qubada necə peyda olması ilə bağlı verdiyi

ifadə M.C.Bağırovun yuxarıda göstərilən və həqiqətə daha çox uyğun olan

versiyası ilə uyğun gəlmirdi. (299) Lakin, D.Gelovanini dindirən A.F.Novatski

bu məsələlərin dərinliyinə getməyərək, onun bilavasitə dinc sakinlərin ölü-

mü , şəhərdəki evlərin və ictimai binaların yandırılması ilə başa çatmış birinci

Quba hadisələrindəki rolunu aydınlaşdırmağa çalışırdı. Burada D.Gelovani

həm özünün, həm öz dəstəsinin və hətta Amazaspın günahını tam inkar

edirdi: “Mən və Amazasp Quba şəhərindən geri çəkilərkən bizim dəstə heç

bir zorakılığa yol verməyib, heç kimi öldürməyib, evləri yandırmayıb, hara-

dasa aşağıda bir ev yanırdı, amma o top gülləsindən alışmışdı”. (300) Bu za-

man, insanların ölümü ilə nəticələnmiş ləzgilərlə atışmalarda iştirakını inkar

etməyərək, Gelovani özünü təmizə çıxarmağa çalışırdı: “Mən iki gün ərzində

ləzgilərə müqavimət göstərdim və onlara təslim olmadım, əvvəla, çünki zabit

ləyaqətim bunu etməyə yol vermirdi, ikincisi də, mən təslim olmaq haqqında

təklif almamışdım, əksinə, təslim olduqdan sonra bütün dəstəm ilə birlikdə

güllələnməyəcəyim haqda heç bir təminat olmadan, təhdidedici təkliflər

alırdım”. (301) Lakin Gelovani öz ifadələrində Quba şəhəri və Quba qəzasının

dinc əhalisinə qarşı Amazaspın dəstələri tərəfindən törədilmiş zorakılıq