Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
102
yetirilməsi” və Quba qəzasında kütləvi müsəlman qırğınlarının da məhz bu
səbəbdən baş verməsi kimi ermənilərin bütün iddialarını heçə çıxarır.
Hərçənd, belə bir sənəd bir neçə onilliklər sonra Ermənistan Respub-
likasının Tarix arxivində aşkar olunubdur. Bu sənədin daxil edildiyi toplunun
tərtibçiləri ona “Quba şəhərinin keçmiş erməni əhalisinin nümayəndəsinin
Bakı Erməni Milli Şurasına 1918-ci ilin martında ermənilərin Quba şəhərində
məruz qaldıqları qətllər, qarətlər, zorakılıqlar, bolşevik komissarı Gelovaninin
xəyanəti və yerdə qalan Quba əhalisinin ağır vəziyyətdə olması haqqında
ərizəsi” kimi başlıq vermişlər. (317)
6 fevral 1919-cu il tarixli, guya Bakıda yazılmış bu sənəddə nə “Quba
şəhərinin keçmiş erməni əhalisinin nümayəndəsinin”, nə də “qətllərə,
qarətlərə və zorakılıqlara” məruz qalmış konkret şəxslərin adları göstə-
rilmir. Sənəddə əsas etibarilə Quba hadisələri ərəfəsində baş vermiş
məlum epizod - şəhərin müsəlman xadimləri tərəfindən Qubanın erməni
əhalisinin bir hissəsinin Bakı və Şamaxıda törədilən vəhşiliklərin qisasını
qubalı ermənilərdən almaq istəyən bəzi müsəlman sakinlərdən qorumaq
məqsədilə şəhər həbsxanasının binasında yerləşdirilməsi barədə hadisədən
danışılır. Qubalı müsəlman şahidlərin ifadələrində dəfələrlə xatırlanan bu
hadisə haqqında yuxarıda bəhs edilmişdi. Sənədin adsız müəllifi də etiraf
edir ki, bütün bu adamlar “onların həyatının təhlükəsizliyinin təmin edilməsi
üçün həbsxanaya salınmışdılar”, habelə “xeyirxah insanların sayəsində onları
acından öldürmək mümkün olmamışdır” və onlar bolşevik komissarı Gelo-
vani tərəfindən azad edilmişlər.
Lakin sənədin adsız müəllifi, “qətllər və zorakılıqlar” ifadəsini bir neçə
dəfə yalnız ümumi şəkildə qeyd edərək, əsas diqqəti “erməni-məhbusların”
məruz qaldığı “qarətlərə” yönəldir: “Cinayətkarların bütün vəhşiliklərini,
qadınlara və azyaşlı uşaqlara qarşı təhqir və zorakılıqları təsvir etməyəcəyəm,
lakin əlavə etməliyəm ki, bəzi zinət əşyalarını qadınların saçlarında, bu-
run deşiklərində və geyimlərində xilas etmək mümkün oldu”… “Bolşevik
komissarı Gelovaninin xəyanəti sayəsində, həbsxanadan xilas edilmiş 132
nəfər azad edildikdən sonra yolda əsir düşür. Anaların, arvadların gözü
qarşısında bütün kişiləri qətlə yetirərək, qadınları geriyə götürürlər və qalan
zinət əşyalarını da əllərindən alırlar…”. (318)
Erməni sakinlərinin “cinayətkarlar” tərəfindən “qarət edilməsi” fak-
tını və bu “cinayətkarlar” sırasında tanınmış Quba zadəganlarının bəzi
nümayəndələrinin də adlarının çəkilməsini həmin sənədin “müəlliflərinin” öz
vicdanına buraxmaq olar. Adları çəkilən şəxslərin qadınları qarət etmək kimi
alçaq bir hərəkəti heç vaxt özlərinə sığışdırmayacağı, elə bir niyyətləri ola
biləcəyi halda belə, itaətlərində böyük silahlı dəstələrin olduğu faktını da bir
tərəfə qoyaraq, qeyd edək ki, sənəddə təkcə Gelovaninin adının soyğunçu
müsəlmanların cinayət yoldaşı kimi qələmə verilməsi, özlüyündə artıq həmin




