Background Image
Previous Page  96 / 324 Next Page
Information
Show Menu
Previous Page 96 / 324 Next Page
Page Background

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə

92

atılıb qalmışdı. Meyitlərin çürüməsindən şəhəri dəhşətli üfunət bürümüşdü.

Dördüncü gün elə bil ki, bir qədər sükut və sakitlik çökdü, hətta meyitləri

basdırmağa başladılar”. (288)

Görünür, məhz bu səbəb – çürüməyə başlayan meyitlərdən şəhərə

yayılan üfunət iyi Amazaspı öldürülmüş insanların dəfninə icazə verməyə va-

dar edir: “Dördüncü gün carçılar qışqırmağa başladılar ki, müsəlman kişilər

qollarında ağ sarğı ilə qətlə yetirilənlərin meyitlərini basdırmağa çıxsınlar.

Çox adam çıxdı, lakin daha evə qayıtmadılar, çünki ermənilər tərəfindən

güllələnmişdilər. Biz yenidən gizləndik. Meyitlər ermənilər gedənədək

küçələrdə qaldı. Qətlə yetirilənlərin əksəriyyəti qadınlar və uşaqlar idi.

Çoxlarının başı kəsilmişdi”. (289)

Qətlə yetirilənləri qırğınlar davam edən günlərdə basdırmaq çox nadir

hallarda mümkün olurdu. Məsələn, ölümdən yaxa qurtarmış bəzi sakinlər

qohumlarından xəbər tutmaq üçün bir təhər onların evlərinə keçməyə

müvəffəq olarkən çox vaxt bütün ailə üzvlərinin qətlə yetirildiyini görür və

onları elə həyətlərində dəfn edirdi. (290)

Beləliklə, istisna təşkil edən ayrı-ayrı hallar nəzərə alınmazsa, minlərlə

qubalıların cəsədi bir neçə gün dəfn olunmamış qalır.

Quba faciəsi qurbanlarının kütləvi surətdə torpağa tapşırılması da

məhz bu səbəblə – şəhərdə yaranmış fəlakətli vəziyyətlə izah olunur və bu

hal, bir sıra sakinlər, xüsusilə də hər mərhum üzərində dəfn ayinlərini həyata

keçirməyəmacal tapmayan şəhər mollaları tərəfindən təsdiq olunur. Məsələn,

“qətlə yetirilənləri dəfn edən mollaların ifadələrinə görə, onlar torpağa 2800

cənazə tapşırıblar”. (291) Şəhərin 1-ci hissəsinin məhəllə mollası Molla Şıx

Hüseyn Axundzadənin şəhadətinə görə, o, təkcə öz məhəlləsində 300 nəfərə

qədər qətlə yetirilmiş insanı dəfn etməli olmuşdu: “Bir çox meyitlər xəncərlə

eybəcər hala salınmışdı: əlləri, burunları, sifətləri şaqqalanmışdı”. (292)

Quba şəhərinin 2-ci məhəlləsinin mollası Musa Rza Əsgərzadə, şəhərin bu

hissəsində “tüfənglərlə və xəncərlərlə qətlə yetirilənlərin sayının 250 nəfər...,

qorxudan ölənlərin sayı 300, ümumilikdə isə 550 nəfər olduğunu” göstərərək,

onu da əlavə edirdi ki: “cəsədlər ... 5 gün küçələrdə yığışdırılmamış qalmışdı.

Sakinlər onları bir araba ilə daşıyır və 5 cəsədi bir yerdə dəfn edirdilər”. (293)

Şəhərin digər hissələrində, o cümlədən 3-cü və 4-cü məhəllələrdə, habelə

yəhudi qəsəbəsində qətlə yetirilənlərin sayı haqqında isə dəqiq məlumatlar

yox idi.

Qətlə yetirilənlərin dəfn olunması haqqında ayrı-ayrı cüzi məlumatların

olmasına baxmayaraq, şahid ifadələrində həlak olmuş qubalıların ha-

rada, dəqiq olaraq şəhərin hansı hissələrində torpağa tapşırıldığı demək

olar ki, göstərilmir. Yalnız Bakıda yaşayan qubalı Abbas bəy Balabəy oğlu

Həsənbəyov qeyd edir ki: “Mən Qubada müsəlmanlara tutulan qanlı divanın

bütün təfərrüatlarını öyrəndim, qəbiristanlığı ziyarət etdim və orada 300-