Background Image
Previous Page  102 / 324 Next Page
Information
Show Menu
Previous Page 102 / 324 Next Page
Page Background

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə

98

Lakin, tale, erməni bolşeviklərinin simasında onunla çox acı bir “zarafat”

etdi. 1921-ci il yanvar ayının ortalarında Ermənistanın bolşevik hakimiyyəti

guya Ermənistanın möhkəmləndirilməsinə dair planları müzakirə etmək adı

ilə erməni zabitlərinin yığıncağını çağırdı. Sparapet Tovmas Nazarbekyan

bolşeviklərə, erməni zabitlərinin əksəriyyəti isə Nazarbekyana inanaraq bu

yığıncağa gəldi. Yığıncaq hökumətin iclas zalında keçirilməli idi, lakin gələn

zabitlərin sayı o qədər çox idi ki, meydana çıxmalı oldular. “3 minə yaxın ge-

neral və zabit, parad geyimində, yeni hakimiyyətə qulaq asmaq üçün mey-

danda toplaşmışdı. Əslində isə bu, tələ idi. Meydan mühasirəyə alındı və

zabitlər – həbs edildilər. Ermənistanın Kommunist hakimiyyəti həbs edilmiş

zabitləri... Bakıya köçürmək qərarına gəldi. Ancaq onlar hətta qandallanmış

aslanlardan da qorxurdular. Bu məqsədlə, yolda qiyam qaldırmaq iqtidarında

olan erməni zabitlərini Yerevanda öldürmək qərarına gəldilər. Şəhərdə atəş

səsləri eşidilməsin deyə, onları balta ilə doğramaq qərarı verildi. Məşhur

Amazasp Srvandstyan ...məhz belə bir vəhşiliklə öldürüldü... Erməni məhbus

zabitinin dediyinə görə, Amazasp, görünür, özünü müdafiə edirmiş,

əlbəyaxa vuruşmanın səs-küyü eşidilirdi və Amazaspın səsi həbsxananın hər

yerinə yayılırdı: “Nacinslər, məgər adamı belə öldürərlər!” Dəhşətli təfərrüat:

Amazaspın bədəni və başı o qədər eybəcər hala salınmışdı ki, oğlu onu

yalnız keçə çəkmələrindən tanıya bilmişdi”. (312)

* * *

1920-ci ildə arxivə göndərilmiş “Quba şəhəri və Quba qəzasının

kəndlərinin talam edilməsi haqqında” istintaq işi düz 70 il sonra, XX əsrin

80-ci illərinin sonlarında, Fövqəladə Təhqiqat Komissiyasının materialları

və ümumən, Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə aid sənədlər “üzə

çıxarılarkən” azərbaycanlı mütəxəssislərin və alimlərin ixtiyarına verildi. Bu

dövr, keçmiş SSRİ-də aparılan yenidənqurma prosesi və bunun nəticəsində

əvvəllər “məxfi” saxlanılan arxiv fondlarının açılması ilə, eyni zamanda,

1988-ci ilin fevralında azərbaycanlılara qarşı erməni təcavüzünün yeni

mərhələsinin – Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsinin

başlanması ilə səciyyələnirdi. Həmin münaqişənin tarixinin əsaslı surətdə,

sənədlərə istinadən işıqlandırılması zərurət olaraq ortaya çıxdı. Arxivlər

açıldıqca və sənədlər araşdırıldıqca, azərbaycanlıların ermənilər tərəfindən

kütləvi surətdə qırılması, repressiyalara məruz qalması, öz dədə-baba

torpaqlarından qovulması və digər, soyqırımı kimi xarakterizə edilə

biləcək dəhşətli faktlar aşkarlanırdı. Bu baxımdan, 1918-ci ilin mart-sent-

yabr aylarında Azərbaycanın şəhər və qəzalarında baş verən hadisələr, o

cümlədən Fövqəladə Təhqiqat Komissiyasının fəaliyyəti sayəsində hüquqi

cəhətdən araşdırılmış və sənədlərlə rəsmiləşdirilmiş Quba hadisələri,