Background Image
Previous Page  99 / 324 Next Page
Information
Show Menu
Previous Page 99 / 324 Next Page
Page Background

95

və vəhşilik faktlarının hamısının həqiqət olduğunu tamamilə təsdiq edir,

Amazaspla Veluntsun guya ki, “şəhəri öz aralarında müharibəyə başlayan

sünni və şiələrin yandırdığını və bir-birini qırıb tökməsi” kimi həyasız və ya-

lan ifadələrini rədd edirdi. Onun ifadələrinin bəzi hissələri - “Cəza dəstəsi

Qubaya Şaumyanın arzusu ilə göndərilmişdi, lakin qoşunun seçimi hərbi na-

zir Korqanovdan asılıdır” – kimi müddəalar istintaq üçün xüsusi əhəmiyyət

kəsb edirdi. Qubalılar kimi, Gelovani də təsdiq edirdi ki, “Amazaspın

dəstəsində bir nəfər də olsun rus yox idi, hamısı ermənilər, özü də ucdantut-

ma daşnaksakanlar idi”. Həmçinin qeyd olunurdu ki, Amazasp özü də “qatı

daşnaksakandır” və birmənalı şəkildə göstərilirdi ki, Quba şəhərindən bir

neçə verstlik məsafədə yerləşən Dəvəçi və Alpan məhz müsəlman kəndləri

olduğuna görə Amazaspın dəstəsi tərəfindən yandırılmışlar”. (302)

İstintaq zamanı əsasən düzgün ifadə verdiyi, istintaqla əməkdaşlıq

etdiyi, hərəkətlərində şəxsi düşmənçiliyin və qərəzliyin olmaması, yoxsa

ümumən baş vermiş hadisələrlə bağlı yaranmış şərait nəzərə alındığındanmı,

bu məlum deyil, amma hər halda David Gelovani “Quba şəhərində qırğınlar

haqqında” iş üzrə müttəhim qismində məsuliyyətə cəlb edilmir.

Olduqca maraqlıdır ki, bolşevik hakimiyyəti dağıldıqdan sonra Ge-

lovani Bakıdan getmir və 1919-cu ilin oktyabrına qədər Azərbaycan Xalq

Cümhuriyyət hökumətinin Əmək müfəttişliyində xidmət edir. 1919-cu ilin

sonunda isə Gelovani Sabunçu vağzalı yaxınlığında iki güllə ilə öldürü-

lür. Qatil - erməni Sərkis Terunts, tapançasını tullayaraq hadisə yerindən

qaçmağa cəhd edərkən, yaxınlıqda olan və digər üç nəfərlə birlikdə onun

Gelovaniyə necə atəş açdığını görən azərbaycanlı əsgər Əminov tərəfindən

yaxalanır. S.Terunts təqsirini boynuna almayaraq, “silahdan atmadığını, atəş

səsi eşitdikdə qaçdığını və buna görə də saxlanıldığını” iddia edir. (303) Kifayət

sayda şahidlərin, o cümlədən iki qorodovoy və iki jandarmın olduğuna,

“barıt qazlarının təzə qoxusu olan mauzer” tapançasının varlığına bax-

mayaraq, S.Terunts özünü müqəssir bilmir və bu səbəbdən də, cinayətin əsl

səbəblərini açmaq mümkün olmur.

Bununla yanaşı, S.Teruntsa inanmayan istintaqın Gelovaninin

“Daşnaksütun” partiyası ilə əlaqəsinin olub-olmadığını aydınlaşdırdığı,

S.Teruntsun işinin isə Azərbaycan Hərbi Məhkəməsinin Hərbi Prokurorluğuna

verildiyi nəzərə alınarsa, ehtimal etmək olar ki, D.Gelovaninin qətli siyasi

motivlərə görə törədilmişdi.

Burada bir məqamı vurğulamaq lazımdır ki, Fövqəladə Təhqiqat

Komissiyası 1919-cu ilin sonunda öz fəaliyyətinin istintaq hissəsini başa vu-

raraq qərar layihələrini tərtib edir və işləri Məhkəmə palatasına təhvil verir-

di. Həmin dövr üçün Bakı və Şamaxı şəhərlərində mart hadisələrinə görə

müqəssir bilinən 100 nəfərə qədər erməni və molokan artıq həbsə alınmışdı.

FTK-nın məhkəmə-istintaq fəaliyyəti geniş əks-səda doğurmuş, ermənilər

1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman

əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi