Background Image
Previous Page  104 / 324 Next Page
Information
Show Menu
Previous Page 104 / 324 Next Page
Page Background

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə

100

faciələr haqqında yubanmadan şahid ifadələri toplamaq məqsədilə bir növ

komissiya yaradılmışdı. Bəzi məlumatlara görə, hələlik aşkar edilməyən bu

sənədlərin bir hissəsi 1990-cı illərin ortalarınadək Dağıstanın arxivlərində

saxlanılırdı. (314) Lakin, qəribədir ki, FTK-nın materiallarında nəinki həmin

sənədlər, hətta belə bir mühüm tədbir haqqında məlumat belə öz əksini

tapmamışdır.

Novatskinin istintaq qrupu tərəfindən Ə.Zizikskinin və Həmdulla

Əfəndinin dindirilmədiyini bu zaman Bakıda Azərbaycan Respublikası Parla-

mentinin fəaliyyətə başlaması (1918-ci il 7 dekabr) və onların Quba qəzasından

nümayəndə kimi parlamentin işində iştirakı ilə qismən izah etmək olar.

Komissiya tərəfindən dindirilən qubalıların arasında, naməlum səbəb-

lərdən, istefada olan polkovnik Hacı Ələkbər Məşədi Mahmud oğlu adlı bir

şəxs də yox idi. Halbuku, bu adam hələ 1918-ci il iyulun 18-də, yəni FTK

yaradılandan təxminən üç gün sonra, Komissiyanın sədri Ə.Xasməmmədova

və komissiya üzvlərinə məktubla müraciət edərək, onlardan təcili surətdə

Quba qəzasına gəlmələrini və erməni cəza dəstəsi tərəfindən törədilmiş

vəhşilik və vandalizm faktlarını təsbit etmələrini xahiş etmişdi. Məktubun

müəllifi, Qubada üç mindən artıq uşaq, qadın və qocaları ağlasığmaz

qəddarlıqla qətlə yetirmiş və “şəhərin böyük hissəsini qəbiristanlığa çevirmiş”

ermənilərin cinayət əməllərini təsdiq edən “çoxlu sənəd və kifayət qədər

canlı şahidlərin olduğunu” qeyd edərək, bu cinayətin təşkilatçılarının və

icraçılarının – “Şaumyanın, Caparidzenin, hərbi komissar Korqanovun, qatil

D.A.Gelovaninin, cəllad Amazaspın, onun köməkçisi Nikolayın və digərlərinin”

həbs olunmasını və hərbi tribunala verilməsini tələb edirdi. Məktubun so-

nunda, “bu müraciətin, evləri xarabalıqlara çevrilmiş, qohumları isə günahsız

olaraq qan içində boğulmuş on minlərlə qubalıların fikrini ifadə etdiyi” qeyd

olunaraq, bir daha təcili tədbirlərin görülməsi tələb edilirdi. (315)

Bununla belə, artıq yuxarıda deyildiyi kimi, Quba şəhərinin özündən

FTK-nın istintaq qrupuna ifadə vermiş müsəlman şahidlərin sayı 20

nəfərdən bir qədər artıq idi. Quba hadisələrinin miqyası və minlərlə ölçülən

zərərçəkənlərin sayı ilə müqayisədə istintaq işində şahid ifadələrinin azlığı,

ilk növbədə, istintaq qrupunun imkanlarının həddən artıq məhdud olması

ilə izah olunurdu. Belə ki, Quba şəhər hakimiyyəti tərəfindən təqdim edilmiş

texniki heyət istisna olmaqla, Qubada fəaliyyət göstərən istintaq qrupu

A.F.Novatskinin özündən və onun köməkçisi, eyni zamanda tərcüməçi

Əyyub bəy Xanbudaqovdan ibarət idi. Məhkəmə müstəntiqlərinin təsəvvür

edilməz dərəcədə çatışmazlığı və vaxt məhdudiyyəti ümumən FTK-

nın fəaliyyətinin əsas problemi idi ki, bu da, şübhəsiz, ölkənin müxtəlif

regionlarında təhqiqatlar aparan istintaq qruplarının işində əks olunurdu.

Bunu A.F.Novatskinin Quba şəhərinin Pristavına ünvanladığı 11 dekabr 1918-

ci il tarixli məktubu da təsdiq edir. Həmin məktubda Novatski erməni quldur