Background Image
Previous Page  105 / 324 Next Page
Information
Show Menu
Previous Page 105 / 324 Next Page
Page Background

101

dəstələrinin Qubaya basqını haqqında Komissiyaya məlumat verə biləcək

şəhərin daimi müsəlman sakinlərindən təxminən 15-20 nəfərin adlarının

bildirilməsini xahiş edir. Təsadüfi deyil ki, Novatski tərəfindən dindirilən

şahidlərin əksəriyyəti Quba ictimaiyyətinin nüfuzlu şəxsləri – şəhər rəisi, hər

iki dini cəmiyyətin – şiə və sünnilərin yüksək rütbəli ruhaniləri, habelə digər

hörmətli şəhər sakinləri olur.

İfadə verən şəxslərin arasında həmçinin Quba qəzası kənd cəmiy-

yətlərinin tanınmış nümayəndələri, o cümlədən Xaçmaz nahiyəsindən Şıxlar

bəylərindən biri – Həsən bəy Şıxlarski, Dəvəçi nahiyəsinin pristavı, Həmdulla

Əfəndinin qardaşı, Şəmsəddin Əfəndiyev, Alpan kəndinin mülkədarı Bəybala

bəy Qayıbov və başqaları var idi. Bu şahidlərin, həmçinin aralarında 7 yaşlı

oğlan və onun anasının da olduğu digər zərərçəkənlərin ifadələri ilə, 1918-

ci ilin aprel-may aylarında Qubada baş vermiş faciəli hadisələrin ümumi

mənzərəsi yaranırdı. D.Gelavanini çıxmaqla, dindirilənlər arasında qeyri-

müsəlman şahidlərin, xüsusilə də yəhudi əhalisinin nümayəndələrinin

olmadığı barədə artıq yuxarıda deyilmişdi. Komissiyaya müraciət edənlərin

arasında Quba şəhərinin erməni əhalisinin nümayəndələri də yox idi ki,

bunun da yeganə səbəbi erməni sakinlərin guya həmin vaxt hələ şəhərə

qayıtmadıqları ola bilməzdi. Quba şəhərinin 1-ci hissəsinin pristavının, onun

nahiyəsində “başqa dinə mənsub şəxslərin” olmadığı haqqında yuxarıda

göstərilən qeydi heç də şəhərdə ümumiyyətlə ermənilərin olmadığından

xəbər vermirdi. Bu halda Novatskinin Quba şəhərinin Pristavına ünvanladığı

məktubdakı şahidlərin seçimi ilə bağlı digər xalqların nümayəndələrinə dair

xüsusi bir tələbin - “Quba şəhərinin və Quba qəzasının müsəlman əhalisinə

qarşı heç bir zorakılıq törətməyən” – nə dərəcədə rol oynayıb-oynamadığını

isə söyləmək çətindir. (316)

Lakin, erməni sakinlərin bu dövr şəhərdə olmaması kimi izah əsas

götürələrsə belə, qeyd etmək lazımdır ki, əvvəlcədən, və ya hadisələrin

gedişi zamanı tələsik Bakıya köçmüş Quba erməniləri əgər zərər çəkmiş

olsaydılar, 1918-ci il mart hadisələri zamanı zərər çəkmiş bir neçə bakılı

soydaşları kimi, onların da Bakı şəhərinin özündə FTK-ya müraciət etmək

imkanları var idi. Burada FTK-nın Bakıda və qəzalarda fəaliyyət göstərdiyi

şərait və zaman – 1918-ci ilin sonu, 1919-cu ilin birinci yarısı – nəzərə

alınmalıdır. Belə ki, həmin dövr Bakı quberniyası İngiltərə komandanlığının

idarəçiliyində idi, və erməni əhalisi öz başçıları ilə birlikdə, saysız şikayətlərlə

bütün mümkün instansiyalara – Azərbaycan hökumətinə, Türkiyə, daha sonra

İngiltərə komandanlığına, müxtəlif xarici missiyalara və s. müraciət etməklə,

görünməmiş bir fəallıq göstərirdilər.

Belə olan halda, 1917-1918-ci illərdə Quba ermənilərinin müsəlmanlar

tərəfindən zorakılığa məruz qalması haqqında hər hansı sübut və ya

sənədlərin olmaması guya “Quba şəhərində erməni əhalisinin qətlə

1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman

əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi