Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
104
ci il iyul ayının 9-da Az.DSİ-ninmüstəntiqi Bakıda yaşayan bir qubalını dindirir.
Zizikskinin “Quba keçmişi” üzrə ilk şahidin dindirilmə protokolunda Zizikski
“kasıb Quba kəndlilərinin istismarçısı və zülmkarı” adlandırılır, onun Qubada
“tezliklə proletar diktaturasının qurulacağını əvvəlcədən gördüyü” və “quldur
dəstəsi yaradaraq Sovet hakimiyyətinə qarşı fəal mübarizə apardığı” qeyd
olunur. Daha sonra oxşar ifadələrlə Zizikskinin xidməti tərcümeyi-halı bütün
təfsilatı ilə şərh edilir və şahid belə iddia edir ki, müttəhim “ümumiyyətlə heç
bir halda mövcud proletar diktaturası ilə barışa bilməz” və “Quba proletariatı
uzun illər ərzində Zizikskinin verdiyi işgəncələrə görə ona nifrət edir”. (320)
Ola bilsin ki, deyilənlərə dair hər hansı konkret sübutların olmaması,
həmçinin ifşaedici ifadələrin məhz bu “ideoloji” üslubu 1920-ci illərdə formal
da olsa, hələ hüquqi qanun və qaydalara riayət edən istintaqı qane etmir.
Hər halda, 1928-ci il 11 iyul tarixdə Az.Dövlət Siyasi İdarəsinin sədr müavi-
ninin imzası ilə Quba İnformasiya Nahiyəsinin (QİM) rəisinə “məxfi” qrifi ilə
gedən məktubda “bir həftə ərzində, öz məsuliyyəti altında, Əli bəy Zizik-
skinin yuxarıda göstərilən fəaliyyətini təsdiqləyən şəxslərin dindirilməsi və
bütün materialın Az.DSİ-yə göndəriməsi” tələb olunur. Əli bəy Zizikskinin
“yuxarıda göstərilən fəaliyyəti” dedikdə isə aşağıdakılar nəzərdə tutulurdu:
“1918-ci ildə Dağıstanlı Uzun Hacı (Nəcməddin Qotsinski nəzərdə tutulur
- S.R.-T.) ilə birlikdə əksinqilabi quldur dəstələrinin Xırdalan tərəfdən Bakı
şəhərinə hücumuna başçılıq etmişdir. Göstərilən hücum baş tutmadıqdan
sonra və Quba qəzasında Sovet hakimiyyətinin qurulması ilə əlaqədar
olaraq, Ə.Zizikski qiyam qaldırmış və nəticədə Quba şəhəri ələ keçirilmiş,
qızıl ordu dəstəsi məhv edilmiş, erməni əhalisi qırılmış, həmçinin Qubanın
yalnız kasıb əhalisindən ibarət olan günahsız vətəndaşları kütləvi şəkildə
həlak olmuşdur”. (321)
QİM bu tapşırığı yerinə yetirir və 1928-ci ilin 16 və 19 iyul tarixlərində
yeddi şahidi dindirərək, materialı Bakıya göndərir. 1928-ci il iyulun 28-də
Bakıdan Qubaya daha bir məktub gəlir və bildirilir ki, göndərilən material
dəyərli olsa da, kifayət deyildir. Həmin məktubda konkret bir ad çəkilir və
“ bu ya digər material” əldə etmək üçün həmin adamı və onun göstərəcəyi
başqa şəxsləri – cəmi 10 nəfərə yaxın şahidi dindirmək təklif edilir. Məktubun
sonunda bu tapşırığın təcili icra olunmasının vacibliyi göstərilir, çünki, “iş 1
avqust tarixində məruzə edilməlidir”. (322)
Xidməti məktubun Qubada 30 iyulda alınmasına baxmayaraq, tapşırıq
vaxtında yerinə yetirilir. Belə ki, iyulun 31-də daha yeddi nəfər dindirilir və
materiallar təcili surətdə Bakıya göndərilir.
Rekord müddətdə dindirilən on dörd şahidin verdiyi ifadələrdən
göründüyü kimi, onların hamısı Əli bəy Zizikskinin fəaliyyətinin Az.DSİ-nin
məktubunda göstərilən “tərəflərini” sözbəsöz “təsdiq etdilər”. Bununla belə,
həmin ifadələr üçün səciyyəvi olan bir məqam dərhal nəzərə çarpır: məlum




