105
olur ki, “təsdiq etdikləri” faktları şahidlər yalnız “eşitmişlər”, və ya onlara
“danışmışlar”, özləri isə “şəxsən heç nə görməmişlər”. Ə.Zizikskinin guya Quba
sakinlərinə, istər “kasıb əhaliyə”, istərsə də ümumən müsəlmanlara, yəhudilərə,
ermənilərə qarşı törətdiyi cinayətlərə dair heç bir dəlil gətirilmir. Eləcə də
Qubada nə vaxtsa “erməni əhalisinin qırğını” baş verməsi və yaxud belə bir
hadisə olmuş olsaydı belə, Əli bəyin konkret olaraq bu əməllərdə iştirakı
haqqında hər hansı konkret fakt göstərilmir. Burada xüsusi qeyd olunmalıdır ki,
şahidlərin arasında bircə nəfər də olsun erməni yox idi və onları Babenko adlı
müstəntiq dindirirdi. Şahidlər əsasən 1918-ci ilin aprel-may aylarında Quba
qəzasında baş vermiş məlum hadisələrin gedişi haqqında danışır, Zizikskinin
xidməti tərcümeyi-halından məlumatları təsdiqləyirdilər. Bu şahid ifadələrində
Əli bəy Zizikskinin “hökumət əleyhinə” fəaliyyəti sayıla biləcək aşağıdakı
sözləri nümunə gətirilirdi: “1918-ci ildə Əli bəy Bakıdan kimdənsə teleqram
aldı və bundan sonra Qubada camaatı topladı, kəndlərə isə nümayəndələr
göndərərək, xəbər verdi ki, “Bakıda ermənilər müsəlmanları qırırlar”; “Quldur
dəstəsinə adam yığarkən Əli bəy və onun köməkçiləri belə təbliğat aparırdılar
ki, indi milli mübarizə gedir və biz öz millətimizi qorumalıyıq”; “Mən şəxsən
heç nə görməmişəm, amma mənə danışıblar ki, Əli bəy dəstə yaratmışdı və
kəndlərdə də təbliğat aparırdı ki, bolşeviklər ermənilərlə birlikdə müsəlman-
ları məhv etmək istəyirlər...” və s. (323)
Şahidlər iddia edirdilər ki, Əli bəy Zizikski Bakıdan teleqram alındıqdan
sonra onun dəstələri Bakı üzərinə “hücuma keçdilər”. Onlar şəhəri və Bakının
müsəlman əhalisini bolşeviklərdən azad etməyə hazırlaşırdılar, Bakının
ətrafına – Xırdalanadək çatdılar, lakin məğlubiyyətə uğrayaraq, Qubaya
qayıtdılar və bolşevik qoşunlarına qarşı silahlı müqavimət göstərdilər. Əli bəy
tərəfindən yaradılmış dəstənin sayı 1500-dən 4-5 minədək, və yaxud 7-10
min nəfər göstərilirdi. Şahidlərdən biri iddia edirdi ki, bolşeviklər üçüncü
dəfə Qubanı ələ keçirdikləri zaman, o, “tərksilah olmaq, yüksək vəzifə tut-
maq və bolşeviklərlə işləmək” təklifi ilə Əli bəy Zizikskinin yanına göndərilən
4 nümayəndədən biri olubdur, lakin Zizikski bu təklifləri rədd etdi. Bu
məlumat başqa şahid tərəfindən də təsdiq edilirdi: “bolşeviklər dəstənin
buraxılmasını xahiş edirdilər və bildirirdilər ki, onlar dinc əhali ilə vuruşmağa
gəlməyiblər. Onlar Əli bəydən xidməti işə başlamaq üçün Qubaya gəlməsini
xahiş edirdilər. Əli bəy buna cavab olaraq bildirdi ki, quldur bolşeviklərə tabe
olmayacaqdır və Quba və Xaçmazı onlardan təmizləyəcəkdir”. (324) Qeyd
etmək lazımdır ki, burada söhbət Amazaspın dəstələri çıxıb getdikdən və
Qubaya Levon Qoqoberidzenin rəhbərlik etdiyi artıq üçüncü bolşevik qrupu
gəldikdən sonra baş vermiş hadisələrdən gedirdi.
Şübhəsiz ki, bu sonuncu ifadələr Əli bəy Zizikskini bolşeviklər əleyhinə
mübarizədə ittiham etməyə əsas verirdi və bir çox hallarda həqiqətə uyğun
idi. Buna baxmayaraq, istintaq işindən göründüyü kimi, müstəntiq, deyilən-
1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman
əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi




