Background Image
Previous Page  110 / 324 Next Page
Information
Show Menu
Previous Page 110 / 324 Next Page
Page Background

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə

106

lərə dair, o cümlədən qəzanın erməni əhalisinə münasibətə dair konkret

fakt və sübutlar əldə etməyə çalışırdı. Lakin, “erməni qırğınları”, erməni

əhalisinin “qarət edilməsi”, Əli bəyin özü tərəfindən də olmasa, onun

dəstəsi tərəfindən “qarətlər törədilməsi” haqqında bir şey eşitmək istəyən

müstəntiq hər dəfə eyni cavab alırdı: “konkret faktlar göstərə bilmərəm”.

Bir çox şahidlər bu məqamı onunla izah edirdilər ki, özləri bu vaxt şəhərdə

olmamışlar, yaxud evdən bayıra çıxmamışlar, və yalnız bir şahid göstərirdi ki,

“o savadsız adamdır, artıq hər şeyi unudub”. (325) Hətta Az.DSİ tərəfindən

tövsiyə olunan “şahid” də, müstəntiqin işinə yaramaq üçün bütün səylərinə

baxmayaraq, bu suala dair konkret sübutlar göstərə bilməmişdi.

Müstəntiq Babenkonun Quba şəhərinin, və ya Quba qəzasının erməni

sakinlərini niyə dindirmədiyi sual olaraq qalır. Bununla belə, həmin məqama

aşağıda aydınlıq gətiriləcəkdir.

Burada qeyd edilməlidir ki, Əli bəy Zizikski bütün istintaq boyu ona

qarşı irəli sürülən ittihamlarının heç bir bəndində özünü müqəssir saymamış,

“Şimali Qafqaz – Dağlı qrupunun” işi üzrə adları keçən şəxslərin etiraf

ifadələrinə baxmayaraq, hətta üzləşdirmələr zamanı özünü çox ləyaqətlə

aparmışdır. O, özünün Quba dövrü xidməti haqqında kifayət qədər az və

yığcam danışmış, 1918-ci ilin mart-may hadisələri haqqında danışmaqdan

isə ümumiyyətlə imtina edərək, aradan uzun müddət keçdiyini və heç nə

xatırlamadığını qeyd etmişdi. Müstəntiq ona 1918-ci ilin Quba hadisələrin-

dəki rolu haqqında “öz taleyini yüngülləşdirmək məqsədilə səmimi ifadə

verməsini” təklif etdikdə, qısa və dəqiq cavab eşitmişdir: “Mənim Quba

hadisələrində heç bir iştirakım olmayıb”. (326)

Qubadan alınmış yeni materialların Az.DSİ müstəntiqlərini nə dərəcədə

qane edib-etmədiyi məlum deyil, amma görünür ki, bu iş üzrə artıq avqustun

1-də “mərüzə edilir”. Belə ki, artıq 2 avqust 1928-ci il tarixdə Əli bəy Zizik-

ski “siyasi quldur” kimi əksinqilabi fəaliyyətdə, xarici əksinqilabi təşkilatlarla

əlaqədə və saxta pul kəsənlərin təşkilatında iştirakda ittiham edilərək,

haqqında Qəti Hökm çıxarılır. Bu sənəd əsasında 1928-i il avqustun 6-da

Əli bəy Zizikski Az.DSİ Kollegiyası tərəfindən “sosial müdafiənin ən yüksək

cəzasına – güllələnməyə” məhkum edilir. (327) Az.SSR təhlükəsizlik orqanları

Oktyabr İnqilabının 10 illiyi münasibətilə hökumət tərəfindən verilmiş

amnistiyanın Zizikskiyə şamil edilməməsi haqqında vəsatət qaldırırlar və

həmin vəsatətin Azərbaycan, Cənubi Qafqaz Federasiyası və Sovet İttifaqının

dövlət strukturları tərəfindən təsdiqi bir ildən bir qədər çox vaxt çəkir. Həmin

vəsatət təsdiq edildikdən dərhal sonra Əli bəy Zizikski haqqında ölüm hök-

mü 1929-cu il sentyabr ayının 16-dan 17-ə keçən gecə yerinə yetirilir.

Burada ermənilər tərəfindən imzalanmış və son dərəcə böyük

əhəmiyyət kəsb edən daha bir sənədə diqqət yetirmək vacibdir. 1918-ci il

hadisələrindən bəhs edən bu sənəd Quba qəzasının erməni əhalisinə qarşı