107
müsəlmanlar tərəfindən hər hansı zorakılıq əməllərinin olub-olmamağı,
həmçinin Azərbaycan xadimlərinin bu dövr fəaliyyətinə dair konkret faktlarla
bağlı məsələlərə müəyyən mənada aydınlıq gətirir. Bu sənəd Quba qəzasının
digər görkəmli nümayəndəsi, həmçinin 1918 – 1920-ci illərdə Azərbaycan
Parlamentinin üzvü olmuş Həmdulla Əfəndi Əfəndizadənin adı ilə bağlıdır.
Dəvəçi nahiyəsinin Gələgəh kəndindəki ata-baba mülkündə yaşayan
Həmdulla Əfəndi bütün mahalda böyük nüfuza malik olan məşhur ru-
hani ailəsinə mənsub idi. Onun babası İbrahim Əfəndinin qəbri müsəlman
əhalisinin ziyarət yeri idi, atası İsmayıl Əfəndi və əmisi Əbdül Vahab Əfəndi
hələ 1880-ci ildə, “müridizmi qızışdıranlar” kimi, Sibirə, azad məskunlaşmaya
sürgün edilmişdilər, İsmayıl Əfəndi orada vəfat etmiş, Əbdül Vahab Əfəndi
isə yalnız 17 ildən sonra vətənə qayıtmışdı. (328) Həmdulla Əfəndi özü bütün
qəzada ictimai xadim, şərəfli və ədalətli insan kimi tanınırdı, bu da ona, yalnız
müsəlmanlar arasında deyil, bütün əhali arasında böyük nüfuz qazandırmışdı.
Ölkədə hökm sürən anarxiya və hərc-mərclik illərində Həmdulla Əfəndinin
silahlı dəstələri qəzanın Dəvəçi nahiyəsində qayda-qanunun və sabitliyin
qorunmasına nəzarət edirdilər. 1918-ci ilin Quba hadisələri zamanı Həmdulla
Əfəndinin bir neçə yüz nəfərdən ibarət olan tərəfdarları Möhübəli Əfəndinin
və HətəmAğa Cağarvinın başçılıq etdikləri ləzgi dəstələri ilə birlikdə bolşevik-
erməni hərbi birləşmələrinə qarşı müqavimət göstərmişdi.
Azərbaycanda Sovet Hakimiyyəti qurulandan dərhal sonra Həmdulla
Əfəndini həbs etmək cəhdi 1920-1921-ci illərdə qəzada sovet hakimiyyəti
əleyhinə üsyanın başlanmasına səbəb olmuş, üsyanın yatırılması “yüzlərlə qızıl
əsgərin həyatı hesabına” başa gəlmişdi. Bu hadisələrdən bir müddət sonra
dağlarda gizlənən Həmdulla Əfəndi hakimiyyət qarşısında “bəraət qazana
bilmiş” və azad dinc yaşamaq üçün hökumətdən “mandat” almışdı. 1920-
1926-cı illərdə respublika DİXK DSİ tərəfindən dəfələrlə Həmdulla Əfəndini
“aradan götürmək” üçün müxtəlif tədbirlər görmüş, lakin bütün bu cəhdlər
əhalinin ayıqlığı və “onun bacarıqlı siyasəti” nəticəsində boşa çıxmışdı. DSİ-nin
bütün məxfi yazışmalarda Həmdulla Əfəndi Sovet hakimiyyəti üçün “təhlükəli
element” sayılırdı: “Bığıcı, Zığlı, Gəndob, Ügah, Leyti, Ləcəd və digər kəndlərin
Əfəndiyevin təsiri altında olan kəndlilərindən heç biri hakimiyyətin gördüyü
işlərdə fəal iştirak etmir, bütün seçkilər Əfəndiyevlərin göstərişi və qərarları
ilə keçirilir, hətta bu kəndlərin heç birində partiyaçıya və ya komsomola rast
gəlmək mümkün deyildir, çünki Əfəndiyev buna icazə vermir …”. (329)
1927-ci ildə, bütün ölkədə “əksinqilabi elementlərin ləğv edilməsi”
üzrə fəal kampaniya aparılarkən və SSRİ DİXK tərəfindən böyük siyahılar
tərtib edilərkən, Həmdulla Əfəndinin adı Az.SSR Dəvəçi rayonu üzrə belə bir
siyahıya başçılıqedirdi. O, 1927-ci ilin avqustunda həbs edilərək Bakıya gətirilir
və burada, Az.DSİ tərəfindən Az.SSR Cinayət Məcəlləsinin 76-cı maddəsi ilə
– quldurluqda ittiham edilir. Lakin belə bir gərgin və son dərəcə mürəkkəb
1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman
əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi




