Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
166
Sənəd № 56
Dindirmə protokolu
1918-ci il. 15 dekabr, Quba şəhəri.
AzərbaycanHökuməti yanındaFövqəladə Təhqiqat Komissiyasının
üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq şahid
qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Əli Abbas bəy Əlibəyov, Quba şəhər rəisi, 49 yaşlı.
Bu ilin aprel ayında Xaçmaz stansiyasından kimsə telefonla xəbər
verdi ki, oraya bir dəstə bolşevik gəlmişdir və onların Quba şəhərinə
getməkniyyəti vardır. Biz, qubalılar,onlarınnəməqsədləQubayagəlmə-
yə hazırlaşdığını öyrənmək üçün öz nümayəndələrimizi: müstəntiq
Manuylovu
33
, yəhudi Nuvax Ağababayevi və Şükür Babayevi Xaçmaza,
bolşeviklərin yanına göndərdik. Nümayəndələr geri dönərək, xəbər
gətirdilər ki, bolşeviklər Qubanı və Quba qəzasını öz hakimiyyətlərinə
tabe etmək və burada qayda-qanun yaratmaq niyyətindədirlər, bu-
nunla bərabər nümayəndələrə bu məsələnin aydınlaşdırmaq üçün
Bakıya, bolşeviklərin yanına getməyi məsləhət görmüşlər. Ertəsi gün
bolşevik Georgi (David) Gelovani qubalı müsəlman, qatı bolşevik Mir
Cəfər Bağırovla
34
birlikdə Qubaya gəldi. Gelovani bəyan etdi ki, o,
Qubaya ona görə gəlib ki, burada, yerində, sovet hakimiyyətinin lazım
olub-olmadığını müəyyənləşdirsin və hesab edir ki, bu lazımdır. Qeyd
edilməlidir ki, həmin vaxt Quba həbsxanasında qırx nəfər erməni təcrid
edilmişdi, çünki, biz qorxurduq ki, bəzi şübhəli şəxslər onlara qarşı
hər hansı bir zorakılıq törədə bilər və onları mühafizə edirdik. Gelo-
vani hesab etdi ki, bu erməniləri heç bir təhlükə gözləmir və onları
həbsxanadan buraxdı. Bundan sonra o, Xaçmaza getdi. Altı gündən
sonra o, 170 nəfərlik bolşevik dəstəsi və pulemyotlarla yenidən
Qubaya qayıtdı. Dəstə rus, yəhudi və ermənilərdən ibarət idi, həm də
ermənilər əksəriyyət təşkil edirdilər. Dəstənin başında erməni poruçik
Ağacanyan dururdu, o, həm də pulemyotçuların rəhbəri idi, Gelovani
isə özünü Quba qəzasının komissarı elan etdi. Qubalılar onlara tabe
oldular və sovet hakimiyyətini tanıdılar. Tezliklə ətraf kəndlərdən
olan ləzgilər şəhərin köməyinə gəldilər və bolşevikləri qovmaq üçün
onları silahlardan atəşə tutmağa başladılar. Bolşeviklər pulemyotlar-
dan cavab atəşi açdılar. Atışma üç gün davam etdi. Erməni-bolşeviklər
təslim olmaq istəmirdilər, çünki, sonradan məlum oldu ki, onlar hərbi




