Background Image
Previous Page  171 / 324 Next Page
Information
Show Menu
Previous Page 171 / 324 Next Page
Page Background

167

Quba şəhərinin talan edilməsi haqqında sənədlər

Quba şəhərinin sakinlərinin şahid ifadələri və müraciətləri

yardım gözləyirdilər. Atışmada mülki əhalidən 70 nəfər həlak oldu.

Ləzgilərdən 200 nəfər ölmüşdü. Üç gündən sonra Xaçmazdan bir top

və 40 nəfərdən ibarət dəstə bolşeviklərə köməyə gəldi və şəhəri atəşə

tutmağa başladı. Nəhayət, altıncı gün bolşeviklər şəhəri tərk etməyə

başladılar. Müstəntiqlər Manuylov və Estman

35

istisna olmaqla, bütün

rus məmurları, əczaçılar və ermənilərin hamısı onlarla birlikdə çıxıb

getdilər. Ağacanyanın dəstəsi geri çəkilərkən Bulvar küçəsinə od vur-

du və Bazar küçəsində 16, Komendant küçəsində 7, şəhərin kənarında,

köhnə həbsxananın yaxınlığında isə 35 nəfəri qətlə yetirdi. Dəstədən

olan bir erməni kerosin hopdurulmuş əski parçasını yandıraraq Cümə

məscidinin hasar qapısına atdı. Lakin bunu görən bir müsəlman

tərəfindən dərhal yanğın söndürüldü. Dəstə, geri çəkilərkən ləzgilərlə

atışırdı. Dəstənin önündə bolşeviklərin şəhərdən çıxardıqları ermənilər

və ruslar gedirdilər. Onlardan aşağıdakılar öldürüldü: M.Kasparov,

erməni keşişi, rus keşişi, əczaçı Qolubçık, aksiz məmuru Poloxnıy, dok-

tor Mixels, meşəbəyi Abrasimov, erməni Aleksandr Boqdanov, Du-

xan Poqosov. Ölənlərdən bir neçəsinin meyiti bolşeviklər tərəfindən

götürüldü, qalanları isə yerindəcə qaldı. Onların kimin, bolşeviklərin

və ya ləzgilərin gülləsindən öldüyü müəyyən edilməmişdir.

Bu hadisələrdən iki həftə sonra biz məlumat aldıq ki, Bakıdan

gəlmiş bolşevik dəstəsi Nizovaya kəndində düşübdür və Quba

şəhərinə istiqamət götürüb. Aprelin sonunda dəstə Xaçmaz kəndinə

yaxınlaşdı. Bu kəndin sakinləri onun yolunu kəsdi. Atışma başlandı

və 2 gün davam etdi. Müsəlmanlar artıq dəstənin qarşısını almaq

iqtidarında deyildilər və dəstə, özünə yol açaraq, Quba şəhərinə tərəf

hərəkət etdi. Yalnız ermənilərdən ibarət olan dəstənin başında məşhur

erməni daşnaksakan Amazasp, öz köməkçisi Nikolayla birlikdə, durur-

du. Dəstədə, həmçinin, bələdçi və işbilən adam sifətilə, “Dəyirmançı”

ləqəbli Quba ermənisi Arutyun Ayrapetov da var idi. Dəstə may ayının

1-də səhər üç yoldan şəhərə girdi. Dəstədə ən azı üç min adam, dörd

top və səkkiz pulemyot var idi. Qətllər və qarətlər başlandı. Elə birinci

gündə şəhərin aşağı hissəsində 715 müsəlman, özü də əksəriyyəti

qadınlar və uşaqlar, qətlə yetirildi. Böyük Şosse və Bazar küçələri

darmadağın edildi. Dəstə şəhəri dörd hissəyə böldü və hər hissədə

qərargah yaratdı: birinci qərargah Leontyev bağının yanında, ikin-

ci – erməni kilsəsinin hasarının içində, üçüncü – dağda, müsəlman

qəbiristanlığının yaxınlığında və dördüncü, mərkəzi qərargah isə

Yəhudi qəsəbəsindəki təpədə yerləşirdi. Ermənilərin azğınlıqları da-