Background Image
Previous Page  172 / 324 Next Page
Information
Show Menu
Previous Page 172 / 324 Next Page
Page Background

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə

168

vam edirdi: onlar ikinci gün şəhərin 1-ci və 2-ci hissələrində, 1012

nəfər - əksəriyyəti şəhərin kasıb təbəqəsindən və iranlı təbəələrdən

ibarət olan kişilər qətlə yetirildilər. Qarətlərin də arası kəsilmirdi. Mən

nümayəndə qismində Amazaspın yanına yollandım və ondan qətlə

yetirilənlərin cəsədlərinin torpağa tapşırılmasına icazə verməsini

xahiş etdim. O rədd cavabı verdi. Amma ata mindi və mənimlə şəhərə

gəldi. Burada o, mənim yanımda, əsgərlərə müraciət edərək onları

qətlləri və qarətləri dayandırmağa çağırdı. Mənim zənnimcə, bu öyüd-

nəsihət qeyri-səmimi idi və əsgərlər onu əks mənada başa düşməli

idilər. Sonra o, məscidin qabağındakı meydana yollandı və orada

toplaşmış müsəlmanlara aşağıdakı nitqlə müraciət etdi: “Mən əslən

Ərzurumdanam. Uzun müddət türklərlə vuruşmuşam. Mən erməni

xalqının qəhrəmanıyam və onun mənafelərinin müdafiəçisiyəm. Mən

öz cəza dəstəm ilə bura sovet hakimiyyəti tərəfindən iki həftə əvvəl

burada öldürülmüş ermənilərin qisasını almaq üçün göndərilmişəm.

Sizin müsibətiniz mən sabah dağa qalxdıqda (bu zaman əlini topların

durduğu dağa tərəf uzadır) başlayacaq. Sabah mən dağa qalxacağam

və şəhəri bombalayaraq bünövrəsinədək yer üzündən siləcəyəm. İndi

mənim Digah və Alpan kəndlərində döyüşlərim gedir. Sonra, sizlərə od

vuraraq, Üçgün və Kımıl kəndlərinə keçəcəyəm, Şah Dağa çatacağam

və siz onda anlayacaqsınız ki, erməniləri öldürmək nə deməkdir. Mən

buraya qayda-qanun yaratmağa və sovet hakimiyyəti qurmağa yox,

öldürülmüş ermənilərə görə sizdən qisas almağa göndərilmişəm”.

Zorakılıqlar, qətllər, qarətlər 9 gün davam etdi. Sonra mən qətlə

yetirilənlərin dəfn edilməsi xahişi ilə yenidən Amazaspın yanına

yollandım. Arutyun Ayrapetov adlı birisi mənim yanımda ona məruzə

etdi və mən erməni dilini bildiyim üçün məruzəni başa düşdüm. Ayra-

petov deyirdi ki, şəhərdən Nikolay pulları ilə üç milyona yaxın pul, 6

milyona yaxın məbləğdə bütün qızıl və qadınların qızıl zinyət əşyaları

toplanmışdır, öldürülmüş hər bir erməniyə görə 200 müsəlman öldü-

rülmüş, zorlanmış bir erməni qadınına görə 75 müsəlman qadın və

qız zorlanmış, ermənilərdən qarət olunanların hamısı geri alınmış,

təxminən 90 evə od yandırılmışdır. Ayrapetov öz məruzəsini aşağıdakı

sözlərlə bitirdi: “İş başa çatdırılmışdır, kifayətdir, gedək”. Həmin bu

vaxt bütün şəhərdə evlər yanırdı. Bazar küçəsində 16 yerdə evlər və

mağazalar yanırdı. İşində yarım milyon rubl dəyərində qənd, çay və

manufaktura mallarının olduğu ərzaq anbarına mənim gözlərimin

qarşısında həmin bu A.Ayrapetov və 12 nəfərlik topçular tərəfindən od