Background Image
Previous Page  173 / 324 Next Page
Information
Show Menu
Previous Page 173 / 324 Next Page
Page Background

169

Quba şəhərinin talan edilməsi haqqında sənədlər

Quba şəhərinin sakinlərinin şahid ifadələri və müraciətləri

vuruldu. 9-cu gün müsəlmanlardan qarət olunmuş bütün əmlak Ayra-

petovun nəzarəti altında Bağırovun evindən arabalara dolduruldu və

şəhərdən çıxarıldı. 9-cu gün, mən öldürülmüş insanların cəsədlərinin

torpağa tapşırılmasına icazə verilməsi xahişi ilə Amazaspın yanında

olanda, o mənim yanımda aşağıdakı sözlərlə yəhudilərə müraciət

etdi: “Bir saat sonra və ya bu gecə sizin başınıza bəlalar gələcək, çünki

müsəlmanlar və ləzgilər sizə hücum edəcək və sizi doğrayacaqlar”.

Yəhudilərin arasında çaxnaşma düşdü və onlardan 6 min nəfərə qədəri

şəhəri tərk etdi və ermənilərlə çıxıb getdi.

Ermənilər getdikdən sonraonlarınQuba şəhərininbütünəhalisinə

vurulan ziyanın hesablanmasına başladımvəmüəyyən etdimki, şəhərin

müsəlman əhalisindən 2 minə yaxın kişi, qadın və uşaq qətlə yetirilmiş,

105 ev yandırılmış, dörd milyon rubl nağd pul, dörd milyon yarım rubl

dəyərində qızıl, qızıl zinyət əşyaları və brilyant qarət edilmiş, evlər və

digər tikililər yandırılmaqla 100 milyon rubl dəyərində ziyan vurulmuş,

və anbar və mağazaların qapıları sındırılmaqla, iyirmi milyon rubl

məbləğində müxtəlif növ mallar və ərzaq məhsulları oğurlanmışdır.

Aşağıda adları çəkilən Quba erməniləri Amazaspın dəstəsində olmuş

və təsvir edilən zorakılıqlarda iştirak etmişlər: bərbər Cavad Arutyu-

nov, balıq vətəgəsi sahibinin oğlu Avakov (adını bilmirəm), həmin

Avakovun qardaşı oğlu (adını bilmirəm), tacir Mirzəcanovun qardaşı

oğlanları, tələbələr Əmircanovlar (adlarını bilmirəm), meyxana sahibi

Melikov. Ermənilərlə yanaşı dəstədə olan ruslar və yəhudilər də həmin

vəhşiliklərin törədilməsində iştirak etmişlər. Mən fikir verirdim ki,

martın 1-dən Quba ermənilərinin çoxu özlərinin Qubadakı daşınmaz

və daşınan əmlaklarını satmağa və köçüb getməyə başladılar. Məsələn,

Aleksandr Melikov, Cavad Parsekov, Mirzə Parsekov, Maqaks Paqosov,

Artaşes Melikov, Nerses Sarumov və başqaları öz əmlaklarını satdılar

və köçüb getdilər. Mən Aleksandr Melikovdan və Baqdasarovdan nəyə

görə əmlaklarını satdıqlarını və çıxıb getdiklərini soruşduqda, onlar

mənə belə cavab verdilər: ”sizinlə bizim aramızda nə isə gözlənilir.

Komitə bizi geri çağırır”.

Ermənilər getdikdən sonra, mən nümayəndə qismində bolşe-

viklərin başçıları Şaumyanın və Caparidzenin yanında oldum. Məq-

sədim Amazaspın rəhbərlik etdiyi cəza dəstəsinin Qubaya həqiqətən

sovetlər tərəfindən göndərildiyini öyrənmək və dəstənin Qubada

törətdikləri əməllər haqqında yazılı surətdə onlara ətraflı məlumat

vermək idi. Şaumyan məni sifətində təbəssümlə dinlədi və dedi ki,