Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
170
müsəlmanlar və türklər yüz minlərlə erməni öldürüblər, ermənilər
Qubada iki müsəlman öldürəndə isə müsəlmanlar şikayət edir və göz
yaşı axıdırlar. Caparidze
36
mənim xahişimə ciddi yanaşdı və mənə dedi
ki, sovetlər Qubaya cəza dəstəsi göndərməyib və bolşevik Məşədi bəy
Əzizbəyova
37
tapşırdı ki, Amazaspın dəstəsinin əməllərini araşdırsın.
Quba şəhərinin əhalisinə qarşı zorakılıqların şahidlərindən
aşağıda adı çəkilən şəxslərin adlarını çəkə bilərəm: Məşədi Həmidulla
Əliyev, Məşədi Hacı Ağa Kərbəlayı Əhməd oğlu, Şükür Turab oğlu, Mir
Ələkbər Mir Səməd oğlu və Məşədi Molla Yusif mərsiyəxan.
Oxundu. Quba şəhər rəisi Əlibəyov Əli Abbas bəy. İmza.
Komissiyanın üzvü: А.Novatski (imza).
AR DA, f. 1061, s. 1, i. 96, v. 34-39.
Sənəd № 57
Dindirmə protokolu
1918-ci il. 16 dekabr, Quba şəhəri.
AzərbaycanHökuməti yanındaFövqəladə Təhqiqat Komissiyasının
üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq şahid
qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Məşədi Hacı Ağa Kərbəlayı Əhməd oğlu, 35 yaşlı, Quba
şəhəri sakini, savadlı.
Mən ermənilərin gəldiyindən yalnız o vaxt xəbər tutdum ki, onlar
təxminən bir verstədək məsafədə şəhərə yaxınlaşıblar və gecələmək
üçün dayanıblar. Ertəsi gün, bu il mayın 1-də səhər böyük dəstə şəhərə
hücuma keçdi, onu toplardan, pulemyotlardan, həmçinin tüfənglərdən
atəşə tutmağa başladı. Bir çoxları şəhərdən qaçdı, qalanları gizləndi.
Küçədə yaxud həyətdə görünən hər bir kəs öldürüldü. Ermənilər
şəhərə girdilər və onu tutdular. Kütləvi qırğınlar və qarətlər başlandı.
Ermənilər evlərə soxulur, sakinləri qarət edir, fərq qoymadan kişiləri,
qadınları və uşaqları öldürürdülər. Onlar mənim də evimə gəldilər,
ammaməni tapa bilmədilər. Ertəsi gün evləri yandırmağa başladılar. Ara
bir az sakitləşəndə mən gizləndiyim yerdən çıxdım və dəstənin başçısı
Amazaspın camaata nitq söylədiyi meydana tərəf yollandım. Mən onun
çıxışının yalnız axırını eşitdim. O deyirdi ki, onlar bolşevikdirlər, qayda-
qanun yaratmaq üçün gəliblər, onlar artıq bunu etmişlər və gedirlər.
Doqquzuncu gün bütün dəstə çıxıb getdi. Ermənilər tərəfindən xeyli




