Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
172
və şəhəri yerlə-yeksan edəcək. Biz bolşeviklərin hakimiyyətini tanımalı
olduq. Gelovani çıxıb getdi və bir neçə gündən sonra 200 nəfərə yaxın
əsgər dəstəsi ilə gəldi. Burada onlara 200-ə yaxın yəhudi qoşuldu. Dəstə
guya şəhərə hücum etməyə gələn ləzgiləri qarşılamağa çıxmış 27 nəfər
müsəlmanı öldürməklə özünü tanıtdığı. Lakin bu yalnız şayiə idi, çünki
ləzgilər şəhərə hücum etmirdilər. Bolşeviklər burada öz qaydalarını
tətbiq etməyə başladılar. Bir neçə gündən sonra, gözlənilmədən yaxın
kəndlərin ləzgiləri şəhərə yaxınlaşdı və bolşevikləri şəhərdən qovmaq
üçün onlarla atışmağa başladı. Bolşeviklər üç gün müdafiə olundu-
lar. Üçüncü gün onlar Xaçmazdan kömək aldılar, belə ki, oradan iki
top və pulemyotlarla bərabər 40 nəfərlik dəstə göndərildi. Ləzgilər
onları sıxışdırırdı. Onda bolşeviklər şəhəri tərk etməyi qərara aldılar.
Onlar özləri ilə rus məmurlarını və bütün erməniləri apardılar. Atışma
zamanı ruslardan və ermənilərdən bir neçə nəfər öldü. Bolşeviklər,
geri çəkilərkən, Qəza İdarəsinin, Şəhər Dumasının və Sülh məhkəməsi
şöbəsinin binalarını yandırdılar və Cümə məscidinə od vurmağa
cəhd etdilər. Onlar gedəndən təxminən iki həftə sonra biz öyrəndik
ki, şəhərin 5 verstliyində erməni dəstəsi dayanıb və bizim şəhərin
üstünə gəlir. Kimin imkanı var idi, qaçdı, lakin əhalinin çox hissəsi
qaldı. Bu ilin may ayının 1-də dəstə, toplardan və pulemyotlardan
atəş açaraq, şəhərə hücuma başladı. Sakinlər gizləndilər. Küçədə
görünən hər kəs qətlə yetirildi. Amazaspın başçılığı ilə ermənilər
şəhəri ələ keçirdilər. Qətllər və qarətlər başlandı. Ermənilər evlərə
soxulur, kişi, qadın və uşasqları fərq qoymadan qətlə yetirir və pul,
zinət əşyalarını və daşınan əmlakı qarət edirdilər. Sonrakı gün evləri də
yandırmağa başladılar. Qətlə yetirilənlərin meyitləri küçələrdə, evlərdə
və həyətlərdə qalmışdı. Beşinci gün, azacıq sakitlik yarananda biz, beş
nəfər, meyitlərin dəfn edilməsinə icazə almaq üçün Amazaspın yanına
getdik. Amazasp bizə dedi ki, o, Gelovaninin dəstəsi geri çəkilərkən
bizim öldürdüyümüz ermənilərin əvəzinə hamımızı məhv etmək
üçün göndərilmişdir, amma, bizim sülh şəraitində yaşayacağımız və
ermənilərin hakimiyyətini tanıyacağımız ümidi ilə, bunu etmədi. Mən
şəhərdə çoxlu sayda meyit görmüşdüm, demək olar ki, onların 2\3
hissəsi qadın və uşaq meyitləri idi, bir çox qadın cəsədlərinin döşləri
kəsilmişdi. Meyitlərin çoxu xəncərlərlə eybəcər hala salınmışdı. Mən
feldşerəm və qolundan yaralanmış və sonradan bu yaradan ölmüş
80 yaşlı Məşədi Tağı Kərim oğlunu, səkkiz güllə yarası almış və son-
radan ölmüş Cabbar Məmməd Əli oğlunu, ayağından yaralanmış və




