171
Quba şəhərinin talan edilməsi haqqında sənədlər
Quba şəhərinin sakinlərinin şahid ifadələri və müraciətləri
insan öldürülmüş, küllü miqdarda pul və daşınmaz əmlak qarət edilmiş
və yüzdən çox ev yandırılmışdır. Amazaspın dəstəsində mən bir nəfər
Quba ermənisini gördüm, ucaboy, arıq qoca kişi idi, onun adını və
soyadını bilmirəm. Ermənilər mənim dükanımı qarət etmiş, evimdən
isə 90 min manatlıq daşınmaz əmlak aparmışlar. Bundan başqa sözüm
yoxdur.
Oxundu. İmza (ərəb hərfləri ilə)
Tərcümə etdi: Ə.Xanbudaqov (imza)
Komissiyanın üzvü: А.Novatski (imza)
AR DA, f. 1061, s. 1, i. 96, v. 40
Sənəd № 58
Dindirmə protokolu
1918-ci il. 16 dekabr, Quba şəhəri.
AzərbaycanHökuməti yanındaFövqəladə Təhqiqat Komissiyasının
üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq şahid
qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Məşədi Həmdulla Əliyev, 40 yaşlı, Quba şəhəri sakini, savadlı.
Bu ilin mart ayında baş vermiş Bakı hadisələrindən çox keçmədən
Xaçmaz stansiyasına bolşeviklərin dəstəsi gəldi. Biz eşitmişdik ki, dəstə
ətraf kəndlərdə müsəlman əhalisinə qarşı xeyli zorakılıqlar törədib.
Dəstənin bizim Qubaya da gələcəyindən və bizim də belə zorakılıqlara
məruz qalacağımızdan ehtiyat edərək, Xaçmaza rus, yəhudi və
müsəlman nümayəndələrimizi göndərdik və onlara tapşırdıq ki, bu
barədə bolşeviklərlə danışsınlar və bolşeviklərin proqramı ilə tanış
olmaq və bu proqramın qubalılar üçün nə dərəcədə məqbul olub-
olmadığını müəyyənləşdirmək məqsədilə nümayəndələrin Bakıya
getməsinə icazə istəsinlər. Nümayəndələr geri qayıtdılar və bizə xəbər
verdilər ki, bolşeviklərin Qubaya gəlmək fikri yoxdur və Bakıya getməyə
icazə verirlər. Gözlənilmədən Qubaya bolşevik Mir Cəfər Bağırovun
və iki yəhudinin müşayiəti ilə Georgi Gelovani
38
adlı birisi gəldi. Ge-
lovani bizdən bolşeviklərin hakimiyyətini tanımağımızı tələb etdi və
düşünmək üçün bizə iki saat vaxt verdi. Biz, ətraf kəndlərin sakinləri ilə
məsləhətləşə bilməyimiz üçün, bizə daha uzunmüddət vaxt verilməsini
istədik. Gelovani qəti surətdə bunu rədd etdi və bildirdi ki, bizim razı
olmadığımız təqdirdə, o, simsiz teleqrafla Xaçmazdan dəstə çağıracaq




