173
Quba şəhərinin talan edilməsi haqqında sənədlər
Quba şəhərinin sakinlərinin şahid ifadələri və müraciətləri
həmçinin sonradan ölmüşMir Abutalıbı müalicə edirdim. Dəqiq bilirəm
ki, Muxtar Məmməd oğlunun mənzilində məskunlaşmış ermənilər
onun iki qızını zorlamışdılar, həmçinin Həbib Vahab oğlunun arvadını,
onun qardaşı Xəlilin arvadını və bir çoxlarını zorlamışdılar. Zorlanmış
qızların sayı haqqında dəqiq məlumatı Molla Hacı Baba Axundzadə
verə bilər, belə ki, onlara ermənilər tərəfindən zorlandıqlarını təsdiq
edən şəhadətnamə vermişdir. Mən Amazaspın dəstəsində silahlı
Quba ermənilərini, Arutyun Əmircanovu görmüşəm, başqalarını
görməmişəm. Amazasp şəhəri dağıtmaq hədəsi ilə bizdən öz qoşunu
üçün hər cür ərzaq tələb edirdi və biz verməyə məcbur idik. Doqqu-
zuncu gün ermənilər çıxıb getdilər. Ermənilər mənim bir anbar do-
lusu quru meyvəmi, ev əşyalarından xalçalar, yorğan-döşək, geyim
paltarları oğurlayıblar. Ümumilikdə mənə səksən min rubldan artıq
ziyan dəyib. Əlavə heç nə deyə bilmərəm.
Oxundu. Məşədi Həmdulla Əliyev (ərəb əlifbasında imza)
Tərcümə etdi: Ə.Xanbudaqov (imza)
Komissiyanın üzvü: А.Novatski (imza)
AR DA, f. 1061, s. 1, iş 96, v. 41-43.
Sənəd № 59
Dindirmə protokolu
1918-ci il. 16 dekabr, Quba şəhəri.
AzərbaycanHökuməti yanındaFövqəladə Təhqiqat Komissiyasının
üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq şahid
qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Şükür Turab oğlu, 70 yaşlı, Quba şəhəri sakini, savadlı.
Amazaspın dəstəsinin Quba şəhərinə gəlişi bizim üçün gözlənil-
məz oldu. Bir gün şəhərin hər tərəfindən güllə səsləri eşidilməyə baş-
ladı və elə bu zaman çoxlu sayda qoşun dəstələri şəhərə soxuldular.
Çaxnaşma düşdü. Kim bacardısa, qaçdı, lakin sakinlərin çoxu qaldı.
Şəhərdə yalnız müsəlmanlar idi, çünki ruslar və ermənilər əvvəlcədən
çıxıb getmişdilər. Hamı öz evində gizləndi. Mən də evdə gizlənmişdim.
Şəhərdə qətllər və qarətlər baş verirdi. Mən şəxsən qətl və qarətləri
görməmişəm, amma çoxlu sayda kişi, qadın və uşaq meyitləri
görmüşəm. Bir çoxmeyitlər xəncərlərlə eybəcər hala salınmışdı. Üçüncü
gün tüfəng və xəncərlə silahlanmış ermənilər mənim evimə gəldilər




