Background Image
Previous Page  178 / 324 Next Page
Information
Show Menu
Previous Page 178 / 324 Next Page
Page Background

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə

174

və məni küçəyə çıxardılar. Onlar məni digər müsəlmanlarla birlikdə

şəhərin içi ilə apardılar. Bizi artıq xeyli adamın yığışdığı Molla Hacı

Babanın evinin yanına gətirdilər. Mollanı çölə çıxardılar. Ermənilərin

rəisi Amazasp – keçmiş Quba ermənisi Krikor (Qriqori) də onun yanında

idi, – molladan erməni keşişinin harada olduğunu soruşmağa başladı.

Molla və biz cavab verdik ki, o, bu yaxınlarda bolşeviklərlə birlikdə

şəhərdən çıxıb getmişdir, lakin indi harada olduğu bizə məlum deyil.

Amazasp mollanı öldürməklə hədələdi. Mağazadan bir gürcü çıxdı və

ermənilərə dedi ki, molla çoxlu erməni xilas edib. Ermənilər gürcüyə

tərəf götürüldülər və onu öldürmək istədilər. Gürcü qaçdı və gizləndi.

Axırda mollanı öldürmədilər və onu buraxdılar. Molla Amazaspdan

xahiş etdi ki, öz əsgərlərinə qətl və qarətləri davam etmələrinə qadağa

qoysun. Amazasp cavab verdi ki, bu qədər adamı dərhal dayandırmaq

iqtidarında deyil. Amazasp elə oradaca toplaşmış adamlara nitqlə

müraciət etdi. O dedi ki, onu bura ona görə göndəriblər ki, öldürdüyü-

müz ermənilərə görə bizim hamımızı məhv etsin, lakin o bizə rəhm

etdi. O, buraya qayda yaratmağa gəlib və tələb edir ki, biz dinc yaşayaq

və ermənilərin hakimiyyətini tanıyaq. Bundan sonra bizi evlərimizə

buraxdılar. Ermənilər doqquz gün qarətlər və qətllər törətdilər. Onlar

şəhərdə bir çox evləri yandıraraq doqquzuncu gün çıxıb getdilər. Mən

Amazaspın dəstəsində tanış ermənilərdən yalnız bayaq adını çəkdiyim

tüfəng və xəncərlə silahlanmış Krikoru görmüşəm. Bizim şəhərdə bir

neçə erməni evi yandırılıb, lakin əksəriyyəti salamat qalıb. Hamı de-

yir ki, ermənilər evlərini Amazaspın dəstəsi ilə çıxıb gedərkən özləri

yandırıb. 1905-ci ildə bizim Qubada bir erməni də zərər çəkməmişdi.

Ermənilər məni son köynəyimə qədər soydular, yalnız əynimdəkilər

qalıbdır. Ayrı-ayrı zorakılıq hallarını görməmişəm. Mənim qohum və

yaxınlarımdan heç kim qətlə yetirilməyib. Eşitdiyimə görə, ermənilər

xeyli müsəlman qızlarını zorlayıblar, lakin onların ad və soyadları mənə

məlum deyildir. Əlavə heç nə deyə bilmərəm.

Oxundu. İmza (ərəb hərfləri ilə)

Tərcümə etdi: Ə.Xanbudaqov (imza)

Komissiyanın üzvü: А.Novatski (imza)

AR DA, f. 1061, s. 1, iş 96, v. 45