Background Image
Previous Page  179 / 324 Next Page
Information
Show Menu
Previous Page 179 / 324 Next Page
Page Background

175

Quba şəhərinin talan edilməsi haqqında sənədlər

Quba şəhərinin sakinlərinin şahid ifadələri və müraciətləri

Sənəd № 60

Dindirmə protokolu

1918-ci il. 16 dekabr, Quba şəhəri.

AzərbaycanHökuməti yanındaFövqəladə Təhqiqat Komissiyasının

üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq şahid

qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Mir Ələkbər Mir Məmməd oğlu, 55 yaşlı, Quba şəhəri sakini,

savadlı.

Bu il aprel ayında Qubaya burada qalmış erməniləri aparmaq

üçün qoşun dəstəsi gəlmişdi. Dəstə burada bir neçə gün qaldı və

erməniləri də götürərək çıxıb getdi. Bundan sonra yalnız ermənilərdən

ibarət olan və Amazaspın başçılıq etdiyi başqa böyük dəstə gəldi.

Həmin dəstə şəhəri tutdu. Ermənilər sakinləri, kişi, qadın və uşaqları

qətlə yetirməyə və qarət etməyə başladılar. Mən belə bir hadisə

bilirəm ki, ermənilər Məşədi Heybət Molla Məhəmməd Salah oğlunu,

onun arvadını və bir neçə azyaşlı uşaqlarını, o cümlədən südəmər

körpəni qətlə yetiriblər. Onlar evləri və mağazaları qarət edirdilər.

Mənim yanıma bir neçə nəfər gəlmişdi. Mən onlara çay təklif et-

dim, onlar çay içib, sonra çıxıb getdilər, amma mənim gümüş saatımı

gördükdə, onlara bağışlamağımı xahiş etdilər. Mən bağışladım. Onlar

həmçinin xeyli ev yandırdılar. Gəldiklərinin beşinci günü, ermənilər bir

az sakitləşdikdə, biz, nümayəndə kimi qətl və qarətlərə son qoyulması

xahişi Amazaspın yanına yollandıq. O, meydanda toplaşmış camaatın

yanınagələrəkbildirdi ki, onabizimhamımızıməhvetmək tapşırılmışdır,

amma onun bizə rəhmi gəldi və qətllər dayandırılacaqdır. Amma baş

verənlər labüd idi.

Mən Amazaspın dəstəsində olan ermənilərdən heç kimi

tanımıram və heç kimin adını çəkə bilmərəm. Məndən yalnız həmin

saat gedib və ermənilər qardaşımın da gümüş saatını əlindən alıblar.

Əlavə heç nə deyə bilmərəm.

Oxundu. İmza (ərəb hərfləri ilə)

Tərcümə etdi: Ə.Xanbudaqov (imza)

Komissiyanın üzvü: А.Novatski (imza)

AR DA, f. 1061, s. 1, iş 96, v. 46