Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
176
Sənəd № 61
Dindirmə protokolu
1918-ci il. 16 dekabr, Quba şəhəri.
AzərbaycanHökuməti yanındaFövqəladə Təhqiqat Komissiyasının
üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq şahid
qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Məşədi Molla Yusif, mərsiyəxan, 60 yaşlı, Quba şəhəri sakini,
savadlı.
Aprel ayında bizə, Qubaya gürcü Gelovaninin başçılığı altında
erməni, rus və yəhudilərdən ibarət olan qoşun dəstəsi gəldi. Dəstə öz
qaydalarını bərqərar etdi və bolşevik idarə-üsulunu qurdu. Bir neçə
gündən sonra ətraf kəndlərin ləzgiləri dəstə ilə atışmaya başladı. Mən
ləzgilərdən qorxan dörd ermənini və üç rusu öz evimdə gizlətdim.
Dəstə ləzgilərin təzyiqi altında çıxıb getməyi qərara aldı, amma bu
zaman bütün evləri və həyətləri gəzdi və rus və erməniləri toplayaraq,
özü ilə apardı. Geri çəkilərkən dəstədə olan ermənilər, ləzgilərə toplar-
dan və pulemyotlardan cavab atəşləri açaraq, bir neçə ictimai binanı
yandırdılar. Dəstə gedəndən on gün, ya daha çox, sonra biz eşitdik ki,
şəhərimizin üstünə Amazaspın başçılığı ilə yalnız ermənilərdən ibarət
olan yaxşı təlim keçmiş və təşkil edilmiş əsgərlərin böyük dəstəsi
gəlir və dəstə gecələmək üçün şəhərin 5 verstliyində dayanıbdır. Biz
yığışdıq və onların qarşısına duz-çörəklə nümayəndə heyəti gön-
dərmək qərarına gəldik. Amma bunu etmədik, çünki, öyrəndik ki,
Dəvəçi Bazar və Qızıl Burun kəndləri ermənilərin qarşısına duz-çörəklə
on beş nəfərdən ibarət nümayəndə göndərib, lakin ermənilər duz-
çörəyi qəbul etməyiblər və elçilərin hamısını öldürüblər. Buna görə də
biz gözləmək qərarına gəldik. Ertəsi gün ermənilər böyük dəstələrlə
şəhərə daxil oldular və heç bir səbəb olmadan şəhərin bütünmüsəlman
əhalisinə qarşı zorakılıqlar törətməyə başladılar: küçəyə çıxanların
hamısını öldürür, evlərə soxulur, sakinlərin dinini təhqir edir, pullarını,
qızıllarını, qiymətli əşyalarını əllərindən alır və sonra bütün ailəni qətlə
yetirirdilər, bununla yanaşı çoxlarına işgəncə verir və incidir, ərləri və
ataları öldürür, arvadları və qızları zorlayır, kişilərə özləri üçün gənc
və gözəl qadın və qızları gətirməyi əmr edirdilər. Belə əmr mənə də
verilmişdi. Mən yerinə yetirmədim. Buna görə məni təhqir etdilər və
az qaldı ki, öldürələr. İkinci gün evləri yandırmağa başladılar. Biz üç




