Background Image
Previous Page  181 / 324 Next Page
Information
Show Menu
Previous Page 181 / 324 Next Page
Page Background

177

Quba şəhərinin talan edilməsi haqqında sənədlər

Quba şəhərinin sakinlərinin şahid ifadələri və müraciətləri

gün belə bir dəhşətli vəziyyətdə qaldıq. Yalnız dördüncü gün erməni

carçılar müsəlman kişiləri qollarında ağ sarğı ilə çıxmağa və cəsədləri

dəfn etməyə çağırdılar. Çoxları bu çağırışa çıxdı, lakin daha evə

qayıtmadı, çünki onların hamısı ermənilər tərəfindən güllələnmişdilər.

Biz hamımız yenidən gizləndik. Cəsədlər ermənilər gedənə qədər

küçələrdə qaldı. Qətlə yetirilənlərin əksəriyyəti qadınlar və uşaqlar

idi. Bir çoxlarının başları kəsilmişdi. Mən xəncərlərlə doğranmış çox-

lu qadın meyitləri görmüşdüm. Ayrı-ayrı zorakılıq hadisələrindən

mənə aşağıdakılar məlumdur: Məşədi Heybətin bütün ailəsini

qırıblar; Əli Axund oğlunun arvadını və oğlunu öldürüblər və onları

elə həyətlərində basdırıblar; ermənilər Əli Paşa Kərbəlayı Məhərrəm

oğluna onlar üçün pul və bir neçə qız gətirməyi əmr etdilər və bu

əmri yerinə yetirmədiyinə görə, onun gözlərinin qarşısında oğlunu

süngülərlə dəlik-deşik etdilər, həm də, gözlərini, sifətini və qarnını

deşirdilər, onun özünü isə yalnız döydülər; Kərbəlayı Məşədi Tağının

özünü və 14 nəfərdən ibarət ailəsinin hamısını qətlə yetirdilər, yalnız

yaralı bir uşaq ölülərin cəsədləri arasında gizləndiyi üçün sağ qalmışdı.

Doqquzuncu gün biz nümayəndələrimizi Amazaspın yanına

onun dinc sakinləri qətlə yetirməkdə və qarət etməkdə davam edən

adamlarından şikayətə göndərdik. Amazasp bizəmeydanda toplaşmağı

tapşırdı və öz qərargahından bizim yanımıza gəldi. Biz müsəlmanların

önündə Molla Hacı Baba Axundzadə durmuşdu. Amazasp əlini ona

uzatdı, lakin Axund əlini geri çəkərək, onu belə sözlərlə qarşıladı:

“Bu hakimiyyət deyil. Siz bolşevik deyilsiniz, siz oğru, qatil, vəhşi və

soyğunçusunuz. Biz sizə müqavimət göstərməmişik. Nəyə görə bu

qədər insanı öldürdünüz və öldürməkdə davam edirsiniz?” Amazasp

buna belə cavab verdi: “Bizə sizlər və türklər tərəfindən öldürülmüş

qardaşlarımıza – ermənilərə görə dənizin (Xəzər) sahillərindən Şah

Dağa qədər olan bütün müsəlmanları Şirvanda (Şamaxıda) qırdığımız

kimi məhv etmək və evlərinizi yerlə yeksan etmək əmri verilmişdir.”

Amma mən sizə rəhm etdim. Bağışla, molla, müharibə vaxtı belə hallar

qaçılmazdır”.

Elə həmin gün ermənilər şəhərdən çıxıb getdilər. Əlavə etməliyəm

ki, Amazasp nitq söylədiyi vaxt bir neçə erməni Dəmirçi Məmməd

Əlinin evinə - ərinin və atasının ölümünə ağlayan dul arvadın və

qızın yanına - soxularaq onun qızını zorlayırdılar. Qışqırtı qopdu.

Təcavüzkarlar gizləndilər. Amazasp onların axtarılıb tapılmasını əmr

etdi. Mən Amazaspın dəstəsində silahlı Quba erməniləri Arutyunu,