Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
178
Karomezin oğlunu öz oğlu ilə, və Quba hadisələrindən bir neçə
ay əvvəl öz mülkünü satmış Qriqorinin oğlunu gördüm. Həmin bu
Qriqori müsəlmanlara deyirdi: “Biz evlərimizi sizə satdıq, bəs siz kimə
satacaqsınız?”
Mənim on beş min rubl məbləğində olan bütün əmlakım qarət
edilmişdir. Bundan başqa deməyə sözüm yoxdur.
Əlavə etməliyəm ki, Dəmirçi Məmməd Əlinin zorlanmış qızı öldü.
Oxundu. İmza (ərəb hərfləri ilə)
Tərcümə etdi: Ə.Xanbudaqov (imza)
Komissiyanın üzvü: А.Novatski (imza)
AR DA, f. 1061, s. 1, i. 96, v. 47-49
Sənəd № 62
Dindirmə protokolu
1918-ci il. 16 dekabr, Quba şəhəri.
AzərbaycanHökuməti yanındaFövqəladə Təhqiqat Komissiyasının
üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq şahid
qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Durna Məşədi Talıb qızı, Cəfər Qulunun dul qadını, 30 yaşlı,
savadsız.
Mənim ərim Cəfər Qulu öz əcəli ilə artıq çoxdan vəfat edib.
Ermənilər mənim özümə heç bir xətər yetirməyiblər və məni yarala-
mayıblar, yalnız ev əşyalarımı götürüblər. Amma mənim anam Səlbanı,
qardaşım Səfər Əlini və iki qonşumu – ata və oğulu tüfənglə qətlə
yetiriblər. Ermənilər deyirdilər ki, onları erməniləri öldürdüklərinə görə
qətlə yetirirlər. Onlar mənim əşyalarımı götürüblər və 6 min dəyərində
bağımı qırıb-töküblər.
Əlavə heç nə deyə bilmərəm.
Oxundu. Savadsız.
Tərcümə etdi: Ə.Xanbudaqov (imza)
Komissiyanın üzvü: А.Novatski (imza)
AR DA, f. 1061, s. 1, iş 96, v. 52




