Background Image
Previous Page  183 / 324 Next Page
Information
Show Menu
Previous Page 183 / 324 Next Page
Page Background

179

Quba şəhərinin talan edilməsi haqqında sənədlər

Quba şəhərinin sakinlərinin şahid ifadələri və müraciətləri

Sənəd № 63

Dindirmə protokolu

1918-ci il. 18 dekabr, Quba şəhəri.

AzərbaycanHökuməti yanındaFövqəladə Təhqiqat Komissiyasının

üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq şahid

qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Kərbəlayı Paşa Turab oğlu, 45 yaşlı, Quba şəhəri sakini,

savadsız.

Biz eşitdik ki, Quba şəhərinə erməni dəstələri gəlir. Mən və bir

çoxları buna xüsusi əhəmiyyət vermədik, çünki ermənilərlə heç bir

işimiz olmamışdı və həm də hesab edirdik ki, onlar az sayda, təxminən

40 nəfər gələr. Bir gün səhər 8-də, qəfildən şəhərin ətrafında güllə

səsləri eşidildi, şəhərə çoxlu sayda silahlı erməni doldu və heç bir

səbəb olmadan və xəbərdarlıq etmədən müsəlman kişi, qadın və

uşaqları qətlə yetirməyə başladılar. Küçəyə çıxan hər kəs öldürülürdü;

evlərə soxulur, qarət edir və öldürürdülər; ertəsi gün evləri yandırmağa

başladılar. Mənim gözümün qabağına Dəmirçi Məşədi Əlini arvadı ilə

birlikdə öldürdülər; mənim qohumlarımdan qaynım Məşədi Musa

Zeynal oğlunu, əmioğlum Məmməd Əlini və onun oğlu Cabbarı qətlə

yetirdilər. Mən evdən dördüncü və beşinci günlər, meyitləri dəfn

etməyə icazə verdikləri gün çıxdım. Mən 200-ə yaxın meyit görmüşəm,

amma bu meyitlərin üzərilərində işgəncə izlərini görməmişəm. Qətlə

yetirilmiş qadınların meyitlərini yalnız evlərdə görmüşəm, küçələrdə

görməmişəm. Ermənilərin sözlərinə görə, onların dəstəsində üç minə

yaxın adam var idi. Dəstə yalnız ermənilərdən ibarət idi. Deyirdilər ki,

dəstədə yəhudilər də var, həm gəlmə, həm də yerli, amma mən onları

görməmişəm. Ümumiyyətlə dəstədə tanış erməniləri də görməmişəm,

amma eşitmişəm ki, dəstədə Quba erməniləri Qriqorinin oğlu Var-

tan, Arutyun olublar. Dəstənin başında Amazasp dururdu. 9-cu gün

Amazasp məscidin qarşısındakı meydana yığdığı müsəlmanların

qarşısında nitq söylədi. O dedi ki, ona müsəlmanların hamısını qırmaq

əmri verilmişdi, amma onlara rəhmi gəlib. Qubada baş verənlərə görə

isə o, təqsirkar deyil, çünki burada öldürülən qardaşlarına və erməni

keşişinə görə qisas alan erməniləri saxlamaq iqtidarında deyildi. Axund

Molla Hacı Baba Amazaspın üzünə dedi ki, ermənilər bolşevik deyillər,

onlar qatil və quldurdur. 9-cu gün ermənilər Qubadan çıxıb getdilər.