Background Image
Previous Page  184 / 324 Next Page
Information
Show Menu
Previous Page 184 / 324 Next Page
Page Background

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə

180

Ermənilər mənim 1200 rubl nağd pulumu və 1000 rubl məbləğində

əşyalarımı aparıblar. Əlavə göstərə biləcəyim heç nə yoxdur.

Oxundu. Savadsızdır.

Tərcümə etdi: Ə.Xanbudaqov (imza)

Komissiyanın üzvü: А.Novatski (imza)

AR DA, f. 1061, s. 1, i. 96, v. 53

Sənəd № 64

Dindirmə protokolu

1918-ci il. 18 dekabr, Quba şəhəri.

AzərbaycanHökuməti yanındaFövqəladə Təhqiqat Komissiyasının

üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq şahid

qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Hacı ƏhmədƏliMuradoğlu, 50yaşlı, Quba şəhəri sakini, savadsız.

Gelovani adlı birisi 150 nəfərədək qoşun dəstəsi ilə Quba şəhərinə

gəldi və bizi bolşeviklərin hakimiyyətinə tabe etdi. Şəhərdə sakitlik idi,

nə qətllər, nə də qarətlər var idi. Beşinci gün ləzgilər şəhəri mühasirəyə

aldılar və dəstəni şəhərdən qovub çıxarmaq üçün onunla atışmaya

girdilər. Dəstəyə Xaçmazdan 40 nəfərlik başqa bir dəstə köməyə gəldi

və atışma başlandı. Nəticədə, onlar şəhəri tərk etməyi qərara aldılar.

Şəhərdə olan bütün erməniləri və rusları topladılar və onlarla birlikdə

Xaçmaz istiqamətində çıxıb getdilər. Təxminən on gündən, ya daha çox,

sonra bizim şəhərə daha çox sayda, yalnız ermənilərdən ibarət olan və

Amazaspın başçılıq etdiyi dəstə gəldi. Ermənilər güllə ata-ata şəhərə

girdilər və heç bir səbəb və xəbərdarlıq olmadan sakinləri qırmağa,

soymağa və zorlamağa başladılar. Evlərə soxulur, ölümlə hədələyərək

pul və qızıl tələb edirdilər və bütün qiymətli əşyaları zor gücünə

götürürdülər. Mən, Məmməd Əli Dəmirçi, Rza Heybət oğlu, bir fars

39

və fəhlə Məmməd Əli arvadları ilə Nasir Hacı Məcid oğlunun evində

gizlənmişdik. Ertəsi gün oraya dörd erməni gəldi və qapını sındırmağa

başladılar. Nasir qapını açdı. Onlar içəri girən kimi bizdən pul tələb

etməyə başladılar. Nasir 150 manat verdi, mən də 125 manat verdim.

Məmməd Əli pulu olmadığını dedikdə, ermənilərdən biri xəncəri onun

qarnına soxdu və o, yerə yıxıldı, iranlının xəncərlə boğazını üzdülər,

Rza Heybət oğlunun qolunu kəsdilər, fəhlə Məmməd Əlinin isə başını

yardılar. Məmməd Əli və iranlı yerindəcə öldülər, iki nəfər isə bir neçə