181
Quba şəhərinin talan edilməsi haqqında sənədlər
Quba şəhərinin sakinlərinin şahid ifadələri və müraciətləri
gün sonra aldıqları yaralardan öldülər. Onlarla qurtardıqdan sonra
ermənilər məndən qızıl tələb etdilər. Məndə qızıl olmadığını dedikdə,
bir erməni xəncərini mənim üstümə qaldırdı və məni vurmaq istədi,
lakin xəncər qapıya dəydi və mən qadınlara tərəf qaçdım. Burada mən
arvadımın qızıl zinət əşyalarını götürərək erməniyə verdim. Ermənilər
getməyə hazırlaşdıqları zaman başqa erməni dəstəsi gəldi və onlar
da pul və qızıl tələb etməyə başladılar, lakin biləndə ki, yoldaşları hər
şeyimizi əlimizdən alıblar, onlarla birlikdə çıxıb getdilər. Dördüncü gün
bizi yığıb məscidə apardırlar ki, onların başçısı Amazasp bura gələcək.
Lakin o, gəlmədi, və ancaq beşinci gün Axund Molla Hacı Babanın
yanına gəldi. Onlar əl verib görüşdülər, hərçənd Axund əlini könülsüz
uzatdı. Axund Amazaspı məzəmmət etməyə başladı ki, ermənilər bu
qədər çox müsəlmanı qətlə yetiriblər, cürbəcür zorakılıq və yanğınlar
törədirlər və onları qarətçi və quldur adlandırdı və dedi ki, onlar
əsla bolşevik deyillər, çünki bolşeviklər həyatı bəxş edirlər, onlar isə
əksinə, alırlar. Amazasp özünə bəraət qazandırmağa başladı və dedi
ki, ona bütün qubalıları məhv etmək, şəhəri isə, Şirvanda (Şamaxıda)
olduğu kimi, tamamilə yandırmaq tapşırılmışdı, amma o bizə rəhm
etdi, və qətlləri dayandıracağına söz verdi. Lakin qətllər davam edirdi.
Ermənilər qarət etdiklərinin hamısını arabalara doldurdular və harasa
göndərdilər. Bir dəfə ermənilər məni küçədə saxladılar və qarət etmək
istədilər, mən dəstədə olan yerli erməni Yaqubun yanımdan keçdiyi-
ni görərək, ondan məni müdafiə etməsini xahiş etdim. O ermənilərin
üstünə qışqırdı, və onlar məni buraxdılar, amma o, uzaqlaşan kimi
məni soydular. Ermənilər xeyli adam öldürüb, küllü miqdarda pul
və qiymətli şeylər, habelə mal və ev əşyalarını qarət etdilər, xeyli ev
yandırdılar və doqquzuncu gün çıxıb getdilər. Mən küçələrdə əlləri və
burunları kəsilmiş kişi meyitlərini görmüşəm. Amazaspın dəstəsində
adını çəkdiyim Yaqubdan başqa Quba ermənilərindən Qriqorinin oğlu
Vartanı, bərbər Cavadı, Mirzə Əmircanovu (onun tüfəngi yox idi), Aru-
tyunu, Mirzəcanın qaynını görmüşəm. Ermənilər, dediyim 192 misqal
qızıl və pullarımdan başqa, mənim 2000 rubl məbləğində ev əşyalarımı
qarət ediblər. Əlavə daha heç nə deyə bilmirəm.
Oxundu. Savadsız.
Tərcümə etdi: Ə.Xanbudaqov (imza)
Komissiyanın üzvü: A.Novatski (imza)
AR DA, f. 1061, s. 1, iş 96, v. 54-55




