Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
182
Sənəd № 65
Dindirmə protokolu
1918-ci il. 19 dekabr, Quba şəhəri.
AzərbaycanHökuməti yanındaFövqəladə Təhqiqat Komissiyasının
üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq
zərərçəkmiş qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
İsmayıl Kərbəlayı Məmməd Tağı oğlu, 7 yaşlı, savadsız.
Ermənilər şəhərə gələndə biz bütün qohumlarımızla birgə
Sitarə nənəmin bağında gizləndik. Oraya 15-ə yaxın tüfənglərlə və
xəncərlərlə silahlanmış erməni gəldi və bizim hamımıza atəş açmağa,
süngülərlə deşməyə və xəncərlərlə doğramağa başladılar. Bu qayda
ilə onlar Sitarə nənəni, Hacı Ağa babanı, mənim atamı, bacımı, körpə
Soltan Nisəni, dördyaşlı qardaşımı, südəmər körpə Məmməd Paşanı,
Heybət əmini, onun beş yaşlı oğlu Qasımı, Əli Mərdan dayını, Ağa Baba
əmini, Cəmilə xalanı öldürdülər. Anam sinəsindən yaralanmışdı, amma
sağ qaldı. Məni xəncərlə sol çiynimdən vurdular və mən meyitlərin
arasına yıxılaraq özümü ölülüyə vurdum. Mən meyitlərin arasında
beş gün uzanaraq qaldım, lakin meyitlər iylənməyə başladıqda artıq
dözə bilmədim, küçəyə çıxdım və qonşumuz Hacı Məmməd Tağıgilə
getdim. Anam meyitlərin arasında dörd gün qalmışdı. O mənim sağ
olduğumu bilmirdi və dördüncü gün tək çıxıb getmişdi.
Mən ermənilərin meyitləri neçə axtardıqlarını görməmişdim,
amma sonradan astarı çevrilmiş cibləri və yaxaları açılmış köynəkləri
gördüm. Bizim evimizdən hər şey oğurlanmışdı. Mənim atam bərbər
idi və biz onun qazancı ilə dolanırdıq, indi anamla mənim yaşamaq
üçün heç bir vəsaitimiz yoxdur, indi biz yalnız yeganə eşşəyimizin
hesabına dolanırıq. Əlavə deməyə sözüm yoxdur.
Oxundu. Savadsızdır.
Tərcümə etdi: Ə.Xanbudaqov (imza)
Komissiyanın üzvü: А.Novatski (imza)
AR DA, f. 1061, s. 1, i. 96, v. 58-58 digər üzü.




