183
Quba şəhərinin talan edilməsi haqqında sənədlər
Quba şəhərinin sakinlərinin şahid ifadələri və müraciətləri
Sənəd № 66
Dindirmə protokolu
1918-ci il. 19 dekabr, Quba şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiya-
sının üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq
zərərçəkmiş qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Zəhra Yusif qızı, 20 yaşlı, Quba şəhəri sakini, savadsız.
Mən indicə dindirdiyiniz uşağın, İsmayıl Kərbəlayı Məmməd Tağı
oğlunun doğma anasıyam. Quba şəhəri hələ ermənilər tərəfindən
tutulmamışdan qabaq, biz, dörd ailə, bütün daşınan əmlakımızı götü-
rərək, atam Yusifin bağına köçdük və orada yaşayırdıq. Ermənilər
şəhəri tutandan sonra bizə tüfəng və xəncərlərlə silahlanmış 15-ə yaxın
adam gəldi və heç bir səbəb olmadan və xəbərdarlıq etmədən dərhal
mənim atamı, ərimi, iki qardaşımı və Heybət dayını qətlə yetirdilər,
mənim oğlum İsmayılı da xəncərlə çiynindən vurdular və o, ölü kimi
meyitlərin arasına yıxıldı. Sonra ermənilər bizi, qadınları toplayaraq
həyətə çıxardılar və erməni qadınların harada gizlədildiyini soruşmağa
başladılar. Biz cavab verdik ki, bilmirik. Onda ermənilər bizim dinimizi
söyməyə və bizi öldürməyə başladılar. Mənə tüfəngdən atəş açdılar.
Güllə qucağımdakı uşağa və mənim sinəmə dəydi. Mən artıq ölmüş
körpə ilə yerə yıxıldım. Sonra məni süngü ilə sinəmə vurdular. Öldüyü-
mü düşünərək, məni xəndəyə atdılar və üstümü çör-çöplə örtdülər.
Dördüncü gün mən oradan çıxdım. Anam, xalam, kiçik qardaşım Hacı
Ağa, Heybətin beş yaşlı oğlu Həsən Ağa qətlə yetirilmişdilər. Oğlum
İsmayıl sağ qalmış və 5-ci gün yaralı halda qonşuya getmişdir. Ermənilər
evdən bütün qiymətli əşyaları və gümüş qadın bəzək şeylərini, habelə
atamın buğdasını aparmışdılar. Ermənilər mənə ümumilikdə beş min
rubl məbləğində ziyan vurmuşlar. Əlavə deməyə sözüm yoxdur.
Oxundu. Savadsızdır.
Tərcümə etdi: Ə.Xanbudaqov (imza)
Komissiyanın üzvü: А.Novatski (imza)
AR DA, f. 1061, s. 1, i. 96, v. 59.




