Background Image
Previous Page  29 / 324 Next Page
Information
Show Menu
Previous Page 29 / 324 Next Page
Page Background

25

başladıqda və vəliəhd Abbas-Mirzənin, tərkibində bir neçə keçmiş xanların

da olduğu 60 minlik ordusu Araz çayını keçdikdə, bir çox bəylər öz maafları,

nökərləri ilə birlikdə, habelə kəndlilərin bir hissəsi ona qoşuldular. İranlıların

əsas qüvvələrinin hücumu Qarabağ istiqamətində, daha sonra Gəncə, Şəki,

Şamaxıya doğru inkişaf edirdi. Şeyxəli Xanın oğlu – Əhməd xan özünün 6

minlik qoşunu ilə Qubanı mühasirəyə aldı. Qoşunların digər hissəsi Lənkəran

(23 iyulda alınmışdı) və Salyandan (26 iyulda alınmışdı) Bakıya doğru hərəkət

edirdi. Bakıya yaxınlaşan İran qoşun hissələrinin başında Bakının keçmiş

hakimi Hüseyn-Qulu Xan dururdu və Bakı qalasından etibarsız sayılaraq

çıxarılmış əhalinin bir hissəsi, habelə ətraf kəndlərin əhalisi də bu kəndləri

idarə edən bəylərin başçılığı altında ona qoşuldular. (60)

Lakin Bakı onu mühasirəyə alanlar tərəfindən ələ keçirilə bilmədi.

Abbas-Mirzənin əsas qüvvələri sentyabrın 13-də Gəncə altında məğlubiyyətə

uğradıqda və geri çəkilməyə başladıqda, onun qoşunlarının digər dəstələri

də “qiyamçı xanlarla”-müstəqil xanlıqların keçmiş hakimləri ilə birlikdə geri

çəkilməyə məcbur oldular. Mustafa xan Şirvanlı Şamaxıdan qaçdı. Həmçinin

Qubalı Əhməd-xan da Qubanın mühasirəsinə son qoyaraq dəstəsi də geri

çəkildi. (61)

Az sonra hakimiyyətlərini və əvvəlki mövqelərini geri qaytarmaq

ümidi və sonuncu cəhdləri boşa çıxan bir çox xanlar və onları dəstəkləyən

bəylər Cənubi Qafqazın sərhədlərini tərk etdilər. Çıxıb getməyən müharibə

iştirakçıları, xüsusilə də, yüksək təbəqənin nümayəndələri isə rus hökuməti

tərəfindən amansızcasına cəzalandırıldı. Məsələn, yalnız Quba əyalətində

1826-1827-ci illərdə həbs edilənlərdən 20 nəfəri yüksək təbəqəyə (3 xan

və 17 bəy) mənsub idi. Xanların hər üçü və 7 bəy edam edilmiş, qalanları

isə uzun müddətə məhkum edilərək Sibirə sürgün olunmuşdu. Bütün

döyüş iştirakçılarının oğulları Həştərxana, hərbi yetimxana bölmələrinə

göndərilmişdi. Onların bütün mülkləri, daşınan və daşınmaz əmlakı, bü-

tün kəndləri, eləcə də 342 nəfərin, o cümlədən Əhməd xanla birlikdə İrana

qaçmış 81 bəyin əmlakı dövlət xəzinəsinə götürülmüşdür. (62)

İkinci Rusiya-İran müharibəsi yenə də Rusiyanın qələbəsi ilə başa

çatdı. Rus qoşunları Təbrizə daxil oldu və onların sonrakı hücumlarının

təhlükəsi qarşısında Fətəli şah Qacar nəinki Rusiyanın Gülüstan müqaviləsi

üzrə əldə etdiyi torpaqlara qarşı iddiadan əl çəkməli oldu, həm də İrəvan və

Naxçıvan xanlıqlarını Rusiyaya güzəştə getdi, və bu da Təbriz yaxınlığındakı

Türkmənçay kəndində 10 fevral 1828-ci ildə bağlanmış yeni, Türkmənçay

müqaviləsi ilə möhkəmləndirildi.

1804-1813-cü və 1826-1827-ci illər Rusiya-İran müharibələrinin

sonu olan Gülüstan və Türkmənçay sülh müqavilələri Quba xanlığını Rusiya

İmperiyasının tərkibində təsbit etdi.

1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman

əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi