Background Image
Previous Page  30 / 324 Next Page
Information
Show Menu
Previous Page 30 / 324 Next Page
Page Background

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə

26

* * *

Azərbaycan xanlıqları Rusiyaya birləşdirildikdən sonra hökumət

tərəfindən yeni inzibati-dövlət qaydaları tətbiq edildi. Xanlar hakimiyyətdən

kənarlaşdırıldı, xanlıqlar isə əyalətlərə bölündü. Rusiya İmperiyasının

tərkibinə daxil olmuş Azərbaycanın ərazisi, əvvəlki xanlıqların və sultanlıqların

sərhədlərinə uyğun olaraq altı əyalətə, iki dairəyə və iki distansiyaya ayrıldı.

Əyalət və ya dairənin başında baş komandan tərəfindən rus zabitlərinin

arasından təyin edilmiş komendant dayanırdı ki, həmin idarəetmə sistemi

də öz adını buradan götürərək komendant üsul-idarəsi sayılırdı. Əyalətlərdə

köhnə inzibati bölgü sistemi saxlanılmışdı: hər mahalın başında komendant-

lar tərəfindən yerli bəylərdən, ağalardan, məliklərdən təyin edilən naiblər

durduğu. Kənd administrasiyası yüzbaşı (starşina), starşina və darğadan

ibarət idi. Hər bir əyalətdə komendantın sədrliyi altında məhkəmə (divan-

xana) yaradılmışdı ki, onun da tərkibinə iki divanbəyi (yerli feodallardan), iki

iclasçı (şəhər sakinlərindən) və bir molla (şəriətin bilicisi qismində) daxil idi.

Məhkəmə işləri şəriət və yerli xan qanunvericiliyi əsasında həyata keçirilirdi.

Çar hökuməti tərəfindən “hərbi-xalq idarəçiliyi” kimi bəyan edilmiş komen-

dant idarə üsulu, demək olar ki, xan idarəçiliyindən heç nə ilə fərqlənmirdi.

Hərbi işğal rejimini təmsil edən “hərbi-xalq” idarəçiliyi “Azərbaycan feodal-

larının mülkiyyətlərinin aşkar alqı-satqı sistemi idi. O, təslim olmayan xanların,

sultanların, məliklərin mülklərini, bağlarını, və kəndlilərini çar xəzinəsinin

xeyrinə müsadirə edir və qismən də işğalçı hakimiyyəti yerlərdə dəstəkləyən

feodallara paylayırdı. Bu sonuncuların sırasına əsasən öz xanları tərəfindən

sıxışdırılan və xanların hakimiyyəti ilə hədsiz səylə mübarizə aparan Qarabağ

məlikləri, keçmiş Bakı hakimləri və Naxçıvandan Kəngərli bəyləri aid idi”. (63)

“Keçmiş Bakı hakimləri” dedikdə Bakıxanovların nəsli – II Mirzə Məhəmməd

xanın özü, oğulları və nəvələri nəzərdə tutulurdu ki, onlara Bakıda və

məskunlaşdıqları Quba əyalətində titullu mülklər verilmişdi.

Quba xanlığının ərazisi də eyni adlı əyalətə çevrilərək əvvəlcədən

mövcud olan 8 mahalı: Quba, Rustov, Müşkür, Şabran, Sədan, Bərmək, Xınalıq

və Buduğu əhatə edirdi. Torpaqlar, bağlar, balıq vətəgələri çar xəzinəsinə

verilmişdi.

Qubanı ilk idarə edən (naib) yerli feodal Hacı bəy olmuşdur. Həm

əyalətin, həm də şəhərin idarəçilik sistemi ilk zamanlarda demək olar ki,

dəyişməmişdi. Onun hər bir məhəlləsindən vəzifəsi qoşunlara mənzillərin

ayrılmasından və şəhərdə təmizliyə nəzarətdən ibarət olan starşinalar

(starşinalar) seçilirdi. Starşinalar ümumi işlərə baxan qalabəyinə tabe idilər.

Əvvəllər təsdiq edilən bəy idarəçiliyi 1810-cu il Quba üsyanından sonra

1811-ci ildə ləğv edilmiş və komendant idarə üsulu ilə əvəz edilmişdir. 10

mart 1812-ci il tarixdə Quba əyalətinin daxili idarəetməsi üçün Qubada