27
“Şəhər məhkəməsi” təsis edilmişdi, və o da daha çox inzibati işlərlə məşğul
idi. Bu orqanın məhkəmə funksiyası mülki, ticarət və “az əhəmiyyətli” cinayət
işləri üzrə çəkişmələrin araşdırılması ilə məhdudlaşdırılırdı. (64)
Bu dövr Qubanın xarici görünüşü Şərqin feodal şəhərlərinin tipik
cizgilərinin xatırladırdı. Quba Qudyalçayın sağ sahilində mənzərəli yerdə
yerləşən və kiçik, lakin çox yaxşı möhkəmləndirilmiş qala idi. Lakin Rus
hakimiyyətinin sabitləşməsi ilə əlaqədar qala özünün keçmiş təyinatını
itirməyə başlayır. XIX əsrin 30-cu illərində Quba artıq möhkəmləndirilmiş qa-
laya bənzəmirdi və şəhər qalanın hüdudlarından kənara çıxmağa başlamışdı.
XIX əsrin əvvəlində Quba şəhərinin özündə təxminən 600 ev və 310 təsərrüfat
var idi. (65)
Q.S.Bronevskinin məlumatlarına görə, 1807-ci ildə ümumilikdə Quba
xanlığında 8 min ev vardı, 1832-ci ilin kameral hesablamalarına görə isə – 13
min ev və ya 46 min kişi cinsinə mənsub adam var idi. Bu sonuncu rəqəmə 199
bəy ailəsi və 260 müsəlman ruhani ailəsi daxil idi. Şəhər əhalisi (təxminən 1400
adam) sənətkarlıqla və ticarətlə məşğul olurdu. 292 kənddə kənd sakinləri
əkinlə, maldarlıqla və qismən baramaçılıqla məşğul idilər. Sənətlərdən
xalçaçılıq, silahqayırma və dulusçuluq işləri geniş yayılmışdı. (66)
Quba xanlığının Rusiyaya birləşdirilməsinin ilk illərində vergilərdə
və feodallardan asılı kəndlilərin – rəiyyətin mükəlləfiyyətində əhəmiyyətli
dəyişikliklər baş verməmişdi. Kəndlilərdən çoxu mülklərə, tüyüllərə və
vəqflərə təhkim edilmişdi. Lakin rəiyyətdən vergiləri təkcə bəylər yox, həm
və çar xəzinəsi almağa başlamışdı.
1830-cu illərin əvvəlində Quba əyaləti əraziləri “Kürə xanlığından
(Qazıqumuq əyalətindən) şimaldan Samur çayı ilə, cənuba doğru Şirvandan
Qafqaz sıra dağları ilə və Qurd-bulaq adlanan təbii sərhədlə, Bakı əyalətindən
Sumqayıt çayı ilə, şərqdən Xəzər dənizinin sahilləri, qərbdən Qafqaz sıra
dağları ilə müəyyən edilirdi”. Quba əyalətində əhalinin sayı 88 650 nəfəri
təşkil edirdi ki, onlardan 3 830 nəfər – Quba şəhərində, 1 294 nəfər – şəhər
kənarı yəhudi qəsəbəsində, 82 150 nəfər isə on mahalı birləşdirən 292
kənddə yaşayırdı. Quba əyalətinə həmçinin “uzaqlığına və vəhşiliyinə görə”
kameral hesablanması aparılmayan, lakin sorğular yolu ilə kəndlərin və
ailələrinin sayı məlum olan azad dağ xalqları birləşdirilmişdi: 4 mahala daxil
olan 32 dağ kəndində təxminən 4 456 ailə yaşayırdı. (67)
F.A.Şnitnikovun “Quba əyalətinin təsviri”ndən (1832-ci il) göründüyü
kimi, Quba qəzasının sakinləri əkinçiliklə (Şabran, Müşkür, Tip, Sırt və Şeşpara
mahallarında), maldarlıqla (Anaqdərə, Bərmək, Buduq, Xınalıq və Yuxarıbaş
mahallarında), bağçılıqla, mahud, xalça, palaz, çuval toxuculuğu ilə məşğul olur-
dular, bostanları, dirrikləri vardı, tütün və pambıq əkir, tülkü və dələ ovlayırdılar.
Buqud və Şabran mahallarında at zavodları var idi. Sənaye ilə yalnız Qubanın və
şəhərkənarı Yəhudi qəsəbəsinin sakinləri məşğul olurdular. (68)
1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman
əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi




