29
Azərbaycan əyalətlərindən fərqli olaraq, Quba əyalətində əhəmiyyətli
dərəcədə çoxala bilmədilər. Bunun səbəbi bir sıra amillərlə, o cümlədən
əyalətin əhalisinin sıxlığı və bilavasitə “müsəlman” əhalisinin özünün etnik
baxımdan rəngarəngliyi ilə izah olunurdu.
Yeni əldə edilmiş Cənubi Qafqaz ərazilərinin, o cümlədən Quba
xanlığının, əhalisinin vəziyyətinin öyrənilməsi, demək olar ki, bu diyara
müxtəlif vaxtlarda səfər etmiş bütün ekspedisiyaların maraq dairəsinə
daxil olmuşdur və bu, öz əksini rus məmur ya hərbçilərinin məruzələrində
tapmışdır. Məsələn, P.Q.Butkov 1796-cı ildə hələ rus istilasına qədər olan
hesabat-məktublarında artıq Quba xanlığını “əyalət” adlandırır və göstərirdi
ki: “Quba əyalətinin əhalisinin sayı 23.147 nəfərə çatır. Onlardan yerli
sakinlər türkü adlandırılan dildə danışır, Öməri təriqətinin ardınca gedərək,
müsəlman dininə sitayiş edir; bu yerlərə sonradan gələnlər isə digər yed-
di mahalda məskunlaşmışlar; lakin Müskür, Bərmək və Sədan əyalətlərinin
əhalisi tat adlandırılan dildə danışır və Ələvi təriqətinə mənsubdur; Buduq
və Xınalıq mahallarının əhalisi Öməri təriqətinə etiqad edir və ləzgi dilinə
çox yaxın olan dildə danışırlar, Maqan düzündən köçmüş, Fətəli xanın və
onun atası Hüseyn-Əli xanın hakimiyyəti dövründə burada məskunlaşmış
Şabran əyalətinin əhalisi Ələvi təriqətinə etiqad edir, amma, qubalılar
kimi türkü adlanan dildə danışırlar. Böyük hissəsinin Müskür mahalında
məskunlaşdığı ermənilər 180-dək təsərrüfat təşkil edir, azad surətdə öz dini
qanunlarına əməl edir, altı kilsələri və on keşişləri var. Yəhudilər Qubanın
qarşısında yerləşən xüsusi Kulqat kəndini təşkil etməklə, 200 təsərrüfatda
məskunlaşmışlar... Onlar həddən artıq yoxsuldur, öz dillərində danışırlar, öz
dini qanunlarına etiqad edirlər, dörd sinaqoqları və dörd ravvinləri var”. (71)
Beləliklə, əgər evlərin sayı – “Quba əyalətinə daxil olan 245 kənddə
6364 ev” – də nəzərə alınarsa, (72) asanlıqla müəyyən etmək olur ki, XVIII
əsrin sonuna Quba xanlığının əsas əhalisini yerli sakinlər – müsəlmanlar
təşkil edirdi.
Yuxarıda qeyd edildiyi kimi, qədimdən Qubanın yerli əhalisini qafqaz-
dilli, irandilli və türkdilli tayfalar təşkil edirdi, müxtəlif tarixi dövrlərdə burada
ərəblər, kürdlər və digərləri məskunlaşmışdır ki, bütün bu əhali qrupunu rus
hökuməti ümumi bir ad – “müsəlman əhalisi” adı altında birləşdirirdi.
XIX əsrin əvvəllərində Quba əyalətinin müsəlmanları arasında türkdilli
əhali çoxluq təşkil edirdi. İstər Cənubi Qafqazın, istərsə də İran Azərbaycanın
tarixən etnik türk tayfalarından olan əhalisi həm özü, həm də digər xalq-
lar tərəfindən “müsəlman” və yaxud “türk” adlandırılırdı, və bu zaman onun
dini şüuru etnik şüurunu üstələyirdi. Cənubi Qafqaz Rusiya İmperiyasının
tərkib hissəsi olduqdan bütün türk xalqlarını ənənəvi olaraq tatar adlandıran
rus hökuməti, onları digər türk xalqlarından ayırmaq üçün, “azərbaycanlı/
adərbaycanlı” və yaxud “Cənubi Qafqaz tatarları” adlandırmağa başladı.
1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman
əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi




