Background Image
Previous Page  34 / 324 Next Page
Information
Show Menu
Previous Page 34 / 324 Next Page
Page Background

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə

30

Hökumət tərəfindən “Azərbaycan tatarları” kimi tanınan əhali həm Quba

şəhərinin özündə, həm də nə vaxtsa bu yerlərə köç etmiş əcdadlarının -

çoxsaylı qıpcak, oğuz və digər türk tayfalarının adını daşıyan kəndlərdə

yaşayırdılar (Quba, Alpan, Şabran, Bayat, Qacar, Samur, Çul, Xuc, Çalaxar və

d.). Onlar türk dilində danışırdı, islamın həm şiə, həm də sünni məzhəbinə

mənsub idilər. (73)

Quba əyalətində irandilli xalqlardan tatlar yaşayırdı ki, onlar, iranlıların

nəslindən olmaqla, böyük ehtimala görə, Sasanilər sülaləsi dövründə

(b.e. III–VII əsrlərdə) imperiyanın şimal sərhədlərinin müdafiə olunması

məqsədilə Cənubi Qafqaza köçürülmüşdülər. Belə bir mülahizə də mövcud-

dur ki, XIII əsrin əvvəllərində Şirvanın əsas əhalisini təşkil edən tatlar

Sasanilər hakimiyyəti dövründə buradakı alban tayfalarının yerini tutmuş və

müxtəlif dövrlərdə dini cəhətdən üç qrupa: müsəlman, yəhudi və qriqorian-

lara ayrılmışlar. (74)

Qubanın müsəlman-tat əhalisi əsasən adlarında tat dilinin kökləri qo-

runub saxlanılmış kəndlərində (Gəndov, Afurca, Zərqava, Rustov, Zuxur və

d.) yaşayırdı ki, bu kəndlər də dağınıq şəkildə türkdilli Azərbaycan kəndləri

arasında yerləşirdi. Tatlar ənənəvi şiə olmaqla - yalnız az hissəsi isə sünni

idi – öz aralarında tat dilində, digər xalqlarla isə türk dilində danışırdılar. (75)

Qubanın müsəlman əhalisinin böyük hissəsini ləzgilər – əyalətin qədim

əhalisi təşkil edirdi ki, onların da böyük əksəriyyəti Quba əyalətinin Dağıstanla

həmsərhəd olan ərazilərində, Samur çayının sağ sahilində məskunlaşmışdı.

Cənubi Dağıstanın orta əsrlərdə Şirvanşahlar dövlətinin tərkibinə daxil olması

və yaxud onun təsiri altında olması ləzgilərin müntəzəm olaraq Dağıstandan

qonşu ərazilərə (o cümlədən Quba xanlığına) köç etməsinə səbəb olmuşdur.

Onlar köçdükləri ərazilərdə yeni yaşayış nahiyələri yaradaraq, bir çox hallar-

da həmin nahiyələrə özlərinin keçmiş kəndlərinin adını vermişdilər. Məsələn,

Quba əyalətinin ləzgilər yaşayan kəndləri – Zeyxur, Muruq, Muruqoba, Ləgər,

Gədəzeyxur, Yeni Zeyxur kəndləri Dağıstanın eyni adlı kəndlərindən gələn

əhali tərəfindən yaradılmışdı. (76) Ləzgilər sünni idilər, öz ləzgi, habelə türk

dillərində danışırdılar.

Quba əyalətində ləzgilərdən başqa ləzgi dilinin Şahdağ dil yarım-

qrupuna daxil olan digər çoxsaylı Qafqaz xalqları: xınalıqlar, qrızlar, buduqlar

da yaşayırdı.

Xınalıqlar, təkcə bir kəndin əhalisi olmaqla, qədim Qafqaz Albaniyası

əhalisinin nəslindəndirlər, sünnidirlər, yüksək dağ kəndi Xınalıqda yaşayır,

xınalıq, habelə türk və ləzgi dillərində danışırdılar.

Buduqlar Şərqi Qafqaz xalqıdır, əsasən Quba şəhərindən 64 kilometr

cənubi-qərbdə yerləşən eyni adlı kənddə yaşamışlar, lakin əkin torpaqlarının

çatışmazlığı səbəbindən ətraf ərazilərdə də məskunlaşmışdılar. Köç etmiş

buduqlar tərəfindən Müşkür, Şabran mahallarında və digər mahallarda “oba”