Background Image
Previous Page  35 / 324 Next Page
Information
Show Menu
Previous Page 35 / 324 Next Page
Page Background

31

və ya “qışlaq” tipli yeni qəsəbələr – Vəlioba, Əzizoba, Hacıəlibəy, Ağ-Yazı-

Buduq, Digəh-Buduq, Yalavanc və digərləri salınmışdır. Buduqlar da sünni

məzhəbinə aid olaraq, buduq və türk dillərində danışırdılar.

Ehtimala görə, qrızlar da qədim Qafqaz Albaniyası əhalisinin nəslin-

dəndir, yığcam şəkildə eyni adlı dağ kəndi olan Qrızda yaşayırdılar. Zaman

keçdikcə qrızların bir hissəsi düzənliyə köçmüş və təkcə Müşkür mahalında

58 qrız bölməsi yaratmışlar. Düzənlikdə yaranmış kəndlər – Hacıqazma,

Hacıəhmədoba, Şərifoba, Mənçəroba, Tikanlı Oba və digərləri dağ kəndləri

cəmiyyətinə daxil idilər. Müsəlman-sünni olan qrızlar özlərinin qrız, habelə

ləzgi və türk dillərində danışırdılar. Məlumdur ki, Fətəli xan XVIII əsrdə az

sayda yəhudiləri Qrıza köçürmüşdü, və kənddə mövcud olan yəhudi qəbri

bundan xəbər verir.

Qubanın Şərqi Qafqaz yəhudilərinin subetnik qrupunu təmsil edən

və “dağ yəhudiləri” adlandırılan xalis yəhudi əhalisi yığcam şəkildə yəhudi

qəsəbəsində yaşayırdı. Linqvistik və tarixi məlumatlara görə, yəhudilərin

Şərqi Qafqaza gəlməsi VI əsrdən gec olmayaraq başlamışdır. Burada onlar

şərqi və şimal-şərq ərazilərdə tat dilində danışan əhali arasında məskun-

laşmış və tədricən həmin dilə keçmişlər. Qaytakla Şamaxı rayonu arasında

dağ yəhudilərinin məskunlaşdığı bütöv bir yaşayış zolağı mövcud idi. XVIII

əsrin ortalarında Quba xanlığında, hazırkı yəhudi qəsəbəsindən 2-3 kilometr

yuxarıda, Qudyal çayının sol sahilində, Qurçal kəndinin yaxınlığında Kul-

qat adlı yəhudi qəsəbəsi mövcud idi. 1742-ci ildə Nadir şah bu qəsəbəni

tamamilə dağıtdıqda yəhudilər yalnız özlərini xilas etmək məcburiyyətində

qalmışlar. Hüseyn-Əli xanın dövründə Kulqat kəndinin keçmiş sakinləri in-

diki yəhudi qəsəbəsinin ərazisində yerləşmişlər. Bu qəsəbə Fətəli xanın

hakimiyyəti dövründə, başqa əyalətlərdən, o cümlədən Muğan, Şirvan və

Dağıstandan əhalinin Quba xanlığına köçməsi təşviq edilən dövrdə xüsusilə

böyümüşdür. Dağ yəhudiləri özlərini “yeudi” (“iudey”) və ya cuur (fars dilindən

cuhud – “iudey”) adlandırırdılar, “dağ” -“dağlı” sözü isə onların adına XIX

əsrdə rəsmi rus sənədlərində bütün Qafqaz xalqları “dağlı” adlandırılarkən

əlavə edilmişdir. Dilinə və digər əlamətlərinə görə onlar farsdilli yəhudilərə

mənsub idilər. Məhz bu amildən – dağ yəhudilərinin və Qafqaz tatlarının dili-

nin yaxınlığından irəli gələrək bir sıra alimlər belə bir mülahizə irəli sürürlər

ki, dağ yəhudiləri “İran tat tayfasının” nümayəndələridir, hələ İranda ikən

yəhudi dinini qəbul etmiş və sonradan Cənubi Qafqaza köçmüşlər. (77) Artıq

qeyd edildiyi kimi, dağ yəhudiləri Qubada yəhudi qəsəbəsində və həmçinin

Quba əyalətinin bir neçə kəndində yaşayırdılar.

Mənbələrə görə Quba əyalətinin erməni əhalisi bu torpaqlarda XVIII

əsrin sonlarında, Fətəli xanın hakimiyyətinin son illərində məskunlaşmış və

əsasən Kilvar və Xaçmaz kəndlərində yığcam halda yaşamışlar. Xristian-

qriqorian məzhəbinə etiqad edən Quba ermənilərinin əksəriyyəti irandilli

1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman

əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi