Background Image
Previous Page  36 / 324 Next Page
Information
Show Menu
Previous Page 36 / 324 Next Page
Page Background

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə

32

idi və bu səbəbdən XVIII – XX əsrlərin bir çox qaynaqlarında və nəşrlərində

onlar yalnız “erməni tatları”, “xristian tatları” və ya “qriqorian tatları” deyə

adlandırılardılar. Hərçənd, bu tatdilli kəndlərin əhalisi özlərini erməni kimi

tanıyır və tat dili ilə yanaşı erməni dilində də danışırdı. (78)

Quba xanlığında, sonra isə Quba əyalətində yaşayan bu əhali qrupları

arasındakı həmişə rəvan və mehriban qonşuluq münasibətləri olmuşdur, et-

nik və ya dini zəmində hər hansı konfliktlər yaranmamışdır. Xüsusi olaraq

vurğulanmalıdır ki, Qubanın bilavasitə müsəlman – sünni və şiə əhalisi

arasında da nəzərə çarpacaq hər hansı ziddiyyət mövcud olmamışdır,

əksinə: “...Quba əyalətlərindən birinin yarısı Ömər təriqətinin, digər yarısı isə

Əli təriqətinin arxasınca gedirlər. Mövhumat təsiri olaraq onların arasında

yer alan ədavət, ictimai həyatdakı münasibətlərində əks olunmur. Belə ki,

öz torpaqlarını düşmənlərdən qorumaq lazım gəldikdə, onlar birləşir və

məzhəbi kənara qoyaraq birgə hərəkət edirlər”. (79)

1840-cı illərdə Qubanın şimal-qərb hissəsində “Rus qəsəbəsi”, ya-

xud “Qapalı xutor” adını almış və çar hərbi məmurlarının yaşadığı daha bir

qəsəbə yaranmışdır. Rusların Quba əyalətində məskunlaşdırılması bu əyalət

işğal edildikdən dərhal sonra başlanmış və yerli əhalinin intensiv şəkildə

sıxışdırılması ilə müşayiət olunmuşdur ki, bu barədə daha ətraflı aşağıda

danışılacaqdır.

Quba əyalətinin etnik mənzərəsi Quba şəhəri üçün də səciyyəvi

idi. Quba şəhər sakinlərinin əsas etnik-milli qrupunu yerli türkdilli əhali –

azərbaycanlılar təşkil edirdi. Şəhərdə sayca çox olan ikinci etnik qrup dağ

yəhudiləri və tatlar idi. Digər milli qruplar – ruslar, ermənilər və s. nə sayı,

nə də kifayət qədər etnik sabitliyi ilə seçilmirdi. Qubanın milli strukturu-

nun formalaşmasına Dağıstandan və İranın şimal əyalətlərindən – Cənubi

Azərbaycandan olan işçi miqrasiyası – müvəqqəti mühacirlər də müəyyən

təsir göstərmişdir. Qubada müxtəlif dövrlərdə bir neçə Dağıstan xalqı: avar-

lar, darginlər, kürəlilər, osetinlər və digərləri yaşamışdır. Onların çoxunu

təşkil edən və həmçinin etnik azərbaycanlılar olan İran vətəndaşları Qubada

günəmuzd, qulluqçu, qara fəhlə kimi işə götürülürdü, müəyyən hissəsi isə

sənətkarlıq, ticarət və s. sahələrdə fəaliyyət göstərirdi. (80)

Şəhərin sosial iyerarxiyasında əsas mövqeyi bəylər və ruhanilər tu-

turdu. Şəhərin yuxarı təbəqələri əkinçilik üzrə sahibkarlıqdan başqa, həm

də ticarətlə məşğul olurdular, müflisləşmiş bəzi bəylər sənətlərə üz tutur,

mirzəlik, tərcüməçilik və sair işlərə düzəlirdilər.

Rus hökumətinin köçürmə siyasəti, şəhər və kənd əhalisinin sıxışdırıl-

ması, hədsiz vergilər və mükəlləfiyyətlər, qanunsuz töycülər, habelə

çar komendantlarının özbaşınalığı əhalinin ilk iki onillik ərzində artmış

narazılığını getdikcə daha da çox gücləndirirdi. “Bütün bu mahallar özlərini

Sizin hökumətinizə sədaqətli kimi göstərsələr də, onlar üzərilərinə qoyulmuş