33
xəracı zor gücünə ödəyirlər” – deyə çar məmuru K.K.Krabbe xəbərdarlıq edir-
di. (81) 1836-cı ildə Quba əyalətinin kəndlilərindən 31 414 pud buğda və
19248 pud arpa toplanması haqqında çar məmurlarının əmri, habelə qızılla
12973 rubla çatan pul vergilərinin hədsiz dərəcədə artırılması Quba xalqının
səbir kasasının son damlası oldu. Çörək və pul müsadirə edildikdən sonra,
hökumət 1835-ci ilin vergi qalıqlarının da ödənilməsini tələb etdi. Bundan
əlavə, kəndlilər xəzinənin xeyrinə bir neçə mükəlləfiyyət də çəkməli idilər:
poçt stansiyalarının və postların saxlanılması, komendantın sərəncamına at
və arabaların, yanacağın və işçi qüvvəsinin verilməsi, dövlət tikililəri üçün
tikinti materiallarının daşınması, Qubadan keçəcək Bakı-Dərbənd yolunun
çəkilməsi. (82) Ağır iqtisadi və siyasi vəziyyət kütləvi çıxışlara gətirib çıxardı
və 1837-ci ildə Quba əyalətində kəndli üsyanı baş qaldırdı.
Rus hökumətinin Varşava müsəlman-süvari alayına əsgər yığmaq
haqqında tələbi üsyanın başlanması üçün təkan oldu. Lakin kəndlilərin
narazılığı o qədər də orduda xidmət etmək arzusunun olmaması ilə de-
yil, süvarilərin toplanmasının yeni qarət mənbəyinə çevrilməsi ilə bağlı idi.
Digər əyalətlərdə bir süvarinin təchizatı 130 – 150 rubl təşkil etdiyi hal-
da, Quba əyalətində yerli məmurların sui-istifadə etməsi nəticəsində bu
rəqəm 350 rubla çatırdı. (83) Quba kəndlilərinin üsyanına Xuluq kəndinin
starşinası Hacı Məhəmməd başçılıq edirdi, onun köməkçisi isə əyalətin kənd
əhalisi arasında böyük nüfuzu olan kəndli Yarəli idi. Kəndlilər bir sıra feo-
dal mükəlləfiyyətlərinin azaldılmasını, öz ağır vergi və zülmü ilə azğınlaşmış
əyalət komendantı polkovnik Qimbutun, habelə iki əyalət naibinin və daha
çox nifrət doğuran bəylərin uzaqlaşdırılmasını tələb edirdilər. Əvvəlcə
üsyançılarla hər hansı təmasdan imtina edən çar hakimiyyəti az sonra Qim-
butu və ona daha cidd-cəhdlə xidmət göstərən iki naibi işdən çıxarmaq
məcburiyyətində qaldı. Bunun nəticəsində müvəqqəti olaraq kəndliləri
evlərinə dağılmağa dilə tutmaq mümkün oldu. Lakin kəndlilərin mahalların
böyüdülməsi və vergilərin azaldılması haqqında tələbləri təmin olunmamış
qalırdı. Bu zaman Qubada olan general Reutt ona müraciət edən üsyanın
rəhbəri Hacı Məhəmmədlə danışıqlar aparmaqdan kobud şəkildə imtina
etdi. Qeyd olunmalıdır ki, Quba üsyanın gedişinə Şamilin rəhbərlik etdiyi və
qubalıların əlaqə saxladıqları dağlıların mübarizəsinin də müəyyən təsiri var
idi. Belə ki, qubalılar hökumətin onların tələblərini təmin etməyə söz verdi-
yini məktub vasitəsilə Şamilə çatdırdıqda, Şamil öz cavabında kəndliləri çar
çinovniklərinə inanmamağa çağırdı. 1837-ci ilin avqustunda Quba əyalətinin
kəndlilərinin mübarizəsi yeni qüvvə ilə alovlandı və silahlı üsyana çevril-
di. Sentyabr ayında üsyançıların sayı artıq 12 min nəfərə çatdı. Çar üsul-
idarəsinin siyasətindən narazı olan bir çox bəylər üsyana qoşuldular, onlar-
dan bir neçəsi Hacı Məhəmməd tərəfindən mahallara naib təyin edildi.
Çox keçmədən üsyançılar Qubaya tərəf hərəkət etdilər və onu
1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman
əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi




