Background Image
Previous Page  38 / 324 Next Page
Information
Show Menu
Previous Page 38 / 324 Next Page
Page Background

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə

34

mühasirəyə aldılar. Sentyabrın 4-dən 5-ə keçən gecə şəhərə hücum

başlandı. Döyüşün gedişində 4 minədək qubalılar da üsyançılara qoşuldu.

Hacı Məhəmmədin dediyi kimi, “şəhər əhalisi üsyançılara hər şeydə kömək

edirdilər: qadınlar çörək, divar və hörmə çəpərlərin kəsilməsi üçün balta

verir, şəhərlilər silahları doldurur və hətta özləri atırdılar”. (84) Bununla belə

üsyançılar qalanı almağa müvəffəq olmadılar. Sentyabr ayında yeni hücum

cəhdi də uğursuz oldu.

Üsyan o dərəcədə ciddi xarakter almışdı ki, Qafqaz üzrə baş komandan

Q.V.Rozen general Fezenin Şamil ilə vuruşan hərbi hissələrinin Dağıstandan

Qubaya hərəkət etməsini əmr etdi. Üsyançılara qarşı təkcə çar qoşunları yox,

həm də Şirvan bəylərinin, Kürə və Qazıqumuq xanlarının süvari dəstələri də

cəlb edilmişdi. (85)

Qubanın mühasirədə olan qarnizonunun yardımına gələn bölmələr

üsyanı yatıra bildi. Qiyamçılar Qubadan geri çəkilməli oldular. Lakin, bundan

sonra da Quba əyalətinin bir neçə dağ mahalları çar hökumətinə müqavimət

göstərməkdə davam edərək vergilərin ödənilməsindən boyun qaçırırdı. Baş

komandan general Qolovin 1838-ci ildə Qafqazda olan vəziyyət haqqında

məruzəsində belə məlumat verirdi: “Bu il Quba əyalətində baş verən qiyam-

dan sonra Qubanın yalnız ətraflarında sakitlik bərpa edilmişdir, onun yuxarı

mahalları açıq-aşkar tabe olmurlar”. (86)

1838-ci ildə çar qoşunları tərəfindən dağ mahallarına iki hərbi ekspe-

disiya təşkil etdilər. İyun ayında Əcəxur kəndi yaxınlığında qiyamçıların silahlı

dəstələri ilə atışma baş verdi. Üsyançılar məğlubiyyətə uğrayaraq Rusiyaya

sədaqət andı içdilər və xəzinəyə vergi ödəməyə boyun oldular. Lakin onların

böyük hissəsi Rutullu Ağabəyin başçılığı ilə dağlara çəkildi. (87)

Beləliklə, Quba üsyanı amansızlıqla yatırıldı, Hacı Məhəmməd və

üsyanın bir sıra başqa rəhbərləri həbs edilərək edamolundu, Yarəli isə dağlara

qaçdı. Hökumət üsyanın digər fəal iştirakçılarını da qəddarlıqla cəzalandırdı.

Lakin, bu əyalət və onun “narahat və etibarsız” əhalisi ilə nə isə etmək

vacib idi. Belə ki, Quba üsyanı ilə eyni zamanda və sonrakı illərdə də bir

neçə digər kəndli üsyanları baş vermişdi. 1838-ci ildə Şəki əyalətində də belə

üsyanlar baş qaldırmışdı. Beləliklə, Qafqaz məmləkətinin idarəçiliyi üçün ko-

mendant üsulunun tamamilə yararsız olduğu fikri artıq gündəmə gəlirdi.

Hələ 1827 – 1831-ci illərdə Qafqaz üzrə komandan qraf Paskeviç ko-

mendant idarəçiliyi üsulunun ləğv edilməsinin zəruriliyini qeyd edirdi. Bu

sistem, müstəmləkə hakimiyyətinin açıq-aşkar forması olmaqla, nəinki yerli

əhalidə nifrət və qıcıqlanma yaradırdı, həm də Rusiya dövlətinin iqtisadi

maraqlarına böyük zərər vururdu. Belə ki, məmləkətin idarə edilməsinə və

onun əhalisinin itaətdə saxlanılmasına xeyli xərc tələb olunurdu, müxtəlif

vergilər və töycülər şəklində olan gəlirlərin çox hissəsi isə komendantların və

digər administrasiya nümayəndələrinin cibinə çökürdü. (88)